Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
06.04.2021

Valeh Hacıların anadan olmasının 70 illik yubileyi qeyd olunacaq

Görkəmli alim, şair, pedaqoq və ictimai xadim, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin professoru Valeh Hacılar (Valeh Alpaşa oğlu Hacıyev) 15 aprel 1951-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. Bakıda ali filoloji təhsil aldıqdan sonra vətəninə dönmüş, Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqlarının zəmanətləri ilə 1973-cü ildən Tbilisi Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmiş və 17 il həmin kafedraya rəhbərlik etmişdir. 1984-cü ildə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan dilində şeir qoşan gürcü aşıqları” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə isə eyni institutda “Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə professor elmi adını almış, 2000-ci ildə gizli səsvermə yolu ilə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının şərqşünaslıq üzrə həqiqi üzvü seçilmişdir.


V.Hacılar ədəbi əlaqələrin, özəlliklə folklor əlaqələrinin öyrənilməsi, Gürcüstanın türkdilli folklor örnəklərinin toplanması, eləcə də Gürcüstan arxivlərindəki milli folklor nümunələrimizin aşkarlanması, onların tədqiqi, nəşri və gürcü dilinə tərcüməsi sahəsində olduqca geniş və məhsuldar işlər görmüş, folklorşünaslığımıza əvəzolunmaz töhfələr bəxş etmişdir. O, dəfələrlə xarici ölkələrdə keçirilən mötəbər elmi konfrans və simpoziumlarda Gürcüstan azərbaycanlılarını ləyaqətlə təmsil etmişdir.
Valeh Hacılar şair-tərcüməçi, Azərbaycanca-gürcücə ikidilli lüğətlərin və danışıq kitabçalarının ilk müəllifi kimi də tanınmışdır. Gürcü, rus, Ukrayna, abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr etmiş V.Hacıların bədii əsərlərinin bir qismi də gürcü dilində işıq üzü görmüşdür.


Gürcüstan arxivlərində xalqımızın tarixi ilə bağlı mühüm sənədlərin aşkar olunub üzə çıxarılmasında müstəsna xidmətləri olan V.Hacılar Borçalı əsilli əfsanəvi sərkərdə Mehralı bəy və Borçalıda qaçaq hərəkatı barədə araşdırmalar aparmış, bu mövzuda mükəmməl əsərlər yazmışdır. O, xalq ədəbiyyatına və ədəbi əlaqələrə dair monoqrafiyaların, tarixi-filoloji, leksikoqrafik və bədii səpgidə yazılmış çoxsaylı kitabın müəllifidir.
Valeh Hacılar eyni zamanda tanınmış ictimai xadim kimi tanınmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Prezidenti yanında Təhsil Şurasının, Elmi adların verilməsi üzrə Professorlar Şurasının üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin ilk sədri (daha sonra fəxri sədri), Tbilisidə UNESCO xətti ilə nəşr olunan “Prometey” və “Qarapapaqlar”, Bakıda AMEA Folklor İnstitutunun xətti ilə çap olunan “Dədə Qorqud”, Türkiyədə nəşr olunan “Milli folklor”, “Türkiyə araşdırmaları” və “Türkiyat araşdırmaları” elmi jurnallarının redaksiya heyətlərinin üzvü və Gürcüstan təmsilçisi olmuşdur.

V.Hacılar Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 2001) Gürcüstan nümayəndə heyətinin rəhbəri kimi Heydər Əliyev adına Respublika Sarayında çıxış etmiş, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilmişdir.
V.Hacıların çoxşaxəli və akiv elmi-ictimai fəaliyyəti türk alimlərin də diqqətini çəkmiş, 2002-ci ildə Atatürk Universitetində onun haqqında doktorluq dissertasiyası müdafiə olunmuş, 2003-cü ildə Ankarada “Borçalılı bilim adamı, eyitimçi, şair Valeh Hacılar” adlı irihəcmli monoqrafiya çapdan çıxmışdır (Ankara-2003).

Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Valeh Hacılar 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir.
V. Hacılar 23 yanvar 2010-cu ildə vəfat etmiş və öz vəsiyyəti ilə doğma kəndində dəfn olunmuşdur. Hazırda Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndinin Mədəniyyət Evi Valeh Hacıların adını daşıyır. Görkəmli alimin vəfatından sonra təsis olunmuş Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi 2010-cu ildən etibarən uğurla fəaliyyət göstərir.
2012-ci ilin 12-16 aprel tarixlərində İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində həmin universitetin, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun, Türkiyənin Ərdahan Universitetinin, Suxum Dövlət Universitetinin və Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə alimin xatirəsinə həsr olunmuş “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” mövzusunda elmi simpozium keçirilmişdir.
Bu il görkəmli alim, pedaqoq, ictimai xadim Valeh Hacıların anadan olmasının 70 illiyi tamam olur. Yubiley münasibətilə AMEA Folklor İnstitutu yaxın vaxtlarda elmi tədbir təşkil etməyi planlaşdırmışdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.