Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
QANUNVERİCİLİK

"Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, I kitab, maddə 584; 2001-ci il, N 1, maddə 24; N 3, maddə 139; N 7, maddə 455; N 11, maddələr 680, 698; N 12, maddə 731; 2002-ci il N 1, maddə 9; N 4,1 kitab, maddə 165; N 5, maddələr 234, 237, 239; N 6, maddə 326; N 8, maddə 463; N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23; N 4, maddələr 177, 178; N 5, maddə 228; N 6, maddələr 257, 276, 279; N 8 maddələr 407, 425; Azərbaycan Respublikasının 2003-cü il 7 noyabrtarixli 512-IIQD nömrəli, 5 dekabr tarixli 536-IIQD nömrəli, 9 dekabr tarixli 556-IIQD nömrəli, 557-IIQD nömrəli və 558-IIQD nömrəli, 30 dekabr tarixli 569-IIQD nömrəli, 2004-cü il 6 yanvar tarixli 574-IIQD nömrəli qanunları) aşagıdakı dəyişikliklər və əlavələr edilsin:
• 50-ci maddənin Qeydində "50-ci və 50-1-ci maddələrində" sözləri "50, 50-1 və 50-2-ci maddələrində" sözləri ilə əvəz edilsin;
• Məcəlləyə aşagıdakı məzmunda 50-2-ci maddə əlavə edilsin:
"Maddə 5 0-2. Folklor nümunələrindən istifadə tələblərinin pozulması
Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu, az miqdarda ziyan vurduqda - folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal olunmuş və ya yayılmış folklor obyekti nüsxələri (kontrafakt nüsxələr) müsadirə edilməklə fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir";
3) 360.1-ci maddədə "39-50-1" rəqəmləri "39-50-2" rəqəmləri ilə əvəz edilsin. II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il , N 4, II kitab, maddə 251; 2001-ci il, N 1, maddə 24; N 7, maddə 455; 2002-ci il, N1, maddə 9; N 5, maddələr 236, 248, 258; N 6, maddə 326; N 8, maddə 465; 2003-cü il, N 6, maddələr 276, 279; N 8, maddə 425; Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 512-IIQD nömrəli və 30 dekabr tarixli 569-IIQD nömrəli qanunları) aşagıdakı məzmunda 165-2-ci maddə əlavə edilsin:
"Maddə 165-2. Folklor nümunələrindən istifadə tələblərinin pozulması
165-2.1. Folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa-
əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin yüz əlli mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır.
165-2.2. Eyni əməllər:
165-2.2.1. təkrar törədildikdə;
165-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, şərti maliyyə vahidinin min mislindən artıq olan məbləg başa düşülür".
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2004-cü il

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.