Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

İCRAÇI DİREKTOR

Afaq Xürrəm qızı Ramazanova

12.05.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-1991-ci illərdə Bakı şəhəri 1saylı orta məktəbdə təhsil almış, 1992-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1997-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək Buraxılış komissiyasının tövsiyəsi və göndərişi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olmuş, həmin il İnstitutda əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Folklor sarayı” Elmi-Mədəni Mərkəzində elmi işçi kimi fəaliyyətini davam etdirmiş, mərkəz Folklor İnstitutuna çevriləndən sonra aparıcı elmi işçi və “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri vəzifələrinə qədər yüksəlmişdir.
2006-cı ildə o dövr üçün yenilik sayılan folklorda gender münasibətlərinin tədqiqinə həsr olunmuş “Azərbaycan folklorunda qadın (ana) yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, hal-hazırda “Türk epik ənənəsində “Arzu-Qəmbər” dastanı” mövzusunda doktorluq işi üzərində çalışır.
2011-ci ildə dosent elmi adını almışdır.
2004-cü ildən 2013-cü ilədək Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Humanitar və İctimai Elmlər bölməsinin Folklorşünaslıq istiqaməti üzrə Problem Şurasının elmi katibi olmuşdur.
2012-ci ildən bu günədək AMEA Folklor İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibidir.
AMEA Folklor İnstitutunun ictimai həyatında da yaxından iştirak etmiş, 2003-cü ildən mütəmadi olaraq keçirilən “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” Uluslararası Folklor Simpoziumun (7 beynəlxalq simpozium) baş katibi, simpozium kitabının tərtibçisi olmuşdur.
Folklorun aktual problemlərinə dair 80-ə yaxın elmi məqalənin, “Azərbaycan mərasim folkloru” (2002) monoqrafiyasının, AMEA Folklor İnstitutunda müntəzəm nəşr olunan “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından “Mirzə Abbaszadə. Arvad ağısı” (2004), “Bayatılar və manilər” (2005), “Hənəfi Zeynallı. Azərbaycan atalar sözü” (2012), “Vəli Xuluflu. El aşıqları” (2013), “Hənəfi Zeynallı. Azərbaycan tapmacaları” (2013), “Vəli Xuluflu. Tapmacalar” (2013), “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri” (2013), “Hüseynqulu Sarabskinin şəxsi fondundan folklor mətnləri” (2021) kitablarının, “SMOMPK: Azərbaycan folkloru materialları” dördcildliyinin tərtibçilərindən biri və ön sözlərinin müəllifidir. İnstitutun xarici əlaqələrinin yaradılmasında da əhəmiyyətli fəaliyyət göstərmiş, İnstitutu xarici ölkələrdə - Polşa (2012, 2013), Hollanda (2013), Hindistan (2014), İtaliya (2015), Fransa (2016), Makedoniya (2018), Litva (2019), Rusiya, Qazaxıstan və b. keçirilən beynəlxalq tədbirlərdə uğurla təmsil etmişdir.
2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli faliyyətinə görə AMEA Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif edilmişdir.
2021-ci ilin dekabr ayından AMEA Folklor İnstitutunun icraçı direktorudur.
Ailəlidir, 2 övladı var.

Elmi əsərlərinin siyahısı

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.