Türk xalqları folkloru şöbəsi türk xalqlarının folklor örnəklərinin araşdırılması, ən dəyərli folklor abidələrinin müqayisəli təhlili, ümumtürk folklor mətnlərinin arxetiplərinin və tarixi inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, türk xalqları folklor örnəklərinin tərcüməsi və nəşri işlərini həyata keçirir. Türk xalqları folkloru şöbəsinin əsas elmi istiqaməti folkloru ümumtürk kontekstində dəyərləndirməkdir. Aparılan araşdırmalarda ümumtürk folkloru örnəkləri obyekt rolunu oynayır və bütövləşir, hər hansı bir folklor hadisəsi öz qiymətini türk xalqlarının folkloru prizmasından alır. Bu baxımdan ümumtürk folkloru istiqamətində tipoloji araşdırmalar şöbənin əsas məqsədidir. Bununla yanaşı, şöbə həm də birbaşa ayrı-ayrı türk xalqlarının folklorunun problemləri ilə məşğul olmagı qarşıya məqsəd qoyur. Türk xalqları folklorunun Azərbaycan dilinə tərcüməsi və nəşri şöbənin əsas istiqamətlərindən biridir. Söbənin məqsədi akademik tərcümənin prinsiplərinə əməl etməklə Azərbaycanın elmi ictimaiyyətini və oxucusunu türk xalqları folklorunun ən nadir inciləri ilə tanış etməkdir. Belə bir işin uğurla davam etdirilməsi həm də ciddi elmi araşdırmalar üçün özül rolunu oynaya bilər. Qarşıya qoyulan məqsədə çatmaq üçün şöbə ciddi şəkildə kadr hazırlığı ilə məşğuldur. Kadrların yetişməsi qarşıya qoyulan məqsədi gerçəkləşdirməyə imkan verir. Şöbə Azərbaycan folklorunun toplanması, nəşrə hazırlanması işi ilə də məşğul olur. Şöbə əməkdaşları hər il folklor ekspedisiyalarında olur və Azərbaycan folklorunun örnəklərini toplayır. Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından toplanmış folklor örnəkləri Azərbaycan folkloru antologiyasının cildlərindən biri kimi nəşrə hazırlanmışdır.
Türk xalqları folkloru şöbəsində görülən işlər elmi ictimaiyyəti qohum xalqların folklorunun kompakt şəkildə araşdırılmasının perspektivlərinə inandırmış, bu üsulla aparılan araşdırmaların elmiliyinə əminlik yaratmış, ideoloji baxımdan əhəmiyyəti qeyd olunmuşdur. Türk xalqları folklorunun, o cümlədən noqay, Kırım tatar, xakas, özbək folklorunun ən gözəl inciləri Azərbaycan dilinə tərcümə olunmuş, onlardan bəziləri artıq çap üzü görmüşdür. Bununla da, Azərbaycanda ilk dəfə olaraq qohum xalqların dilindən elmi tərcümənin əsası qoyulmuşdur.
Türk xalqları folkloru şöbəsinin müdiri filologiya elmləri namizədi Əfzələddin Əsgərovdur. Əsgərov Əfzələddin Dağbəyi oglu 1958-ci ildə Sərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1966-cı ildə Qarabağlar kənd orta məktəbinə daxil olub, 1975-ci ildə məktəbi bitirmişdir. Həmin il Naxçıvan Dövlət Pedaqoji Institutunun tarix-ədəbiyyat fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı bitirmişdir. 1979-cu ildən 1982-ci ilə qədər Qarabağlar kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1982-ci ildə Azərbaycan EA-nın Ədəbiyyat Institutunun aspiranturasına daxil olmuş, 1987-ci ildə aspiranturanı bitirmişdir. «Azərbaycan sehrli nağıllarında qəhrəman: səciyyəsi və mənşəyi» adlı namizədlik dissertasiyası üzərində araşdırmalar apararaq 1992-ci ildə müdafiə etmişdir. Hazırda Folklor Institutunda Türk xalqları folkloru şöbəsinin müdiri vəzifəsində çalışır.
ƏMƏKDAŞLAR
Adı, soyadı |
Vəzifəsi |
Əlaqə |
|

Əsgərov Əfzələddin Dağbəyi oğlu
|
şöbə müdiri |
İş telefonu /faks:
(+994 12) 4981621/111
Mob: (+994) 51 8930026
E-mail:[email protected]
|
|

Hüseynova Almaz Həsən qızı |
baş elmi içşi
|
İş telefonu /faks:
(+994 12) 4981621/111
Mob: (+994) 50 503-32-04
E-mail:gunsel_gunsel"yahoo.co.uk |
|
Ələkbərova Ülkər Qəzənfər qızı
|
aparıcı elmi işçi |
İş telefonu /faks:
(+994 12) 4981621/111
Mob: (+994) 55 6107123
E-mail:[email protected] |
|

Qaybalıyeva Səkinə Allahverdi qızı |
aparıcı elmi işçi |
İş telefonu /faks:
(+994 12) 4981621/111
Mobil: (+994) 50 402 63 74
E-mail:[email protected] |
|

Mirzəyeva Nailə Fərhad qızı |
böyük elmi işçi |
İş telefonu /faks:
(+994 12) 4981621 /111
Mobil: (+994) 50 538 09 78
E-mail:[email protected] |
|

Əmirli Elnarə Hüseyn qızı |
böyük elmi işçi |
İş telefonu /faks:
(+994 12) 4981621/111
Mobil: (+994) 77 609 20 55
E-mail:[email protected]
|
|

Nəsib Tahir İskəndər oğlu |
aparıcı elmi işçi |
İş telefonu /faks:
(+994 12) 4981621/111
Mobil: (+994) 50 476 9268
E-mail: [email protected] |
|

Qumru Fuad qızı Şəhriyar |
böyük elmi işçi |
İş telefonu /faks:
(+994 12) 4981621/111
Mobil: +994 E-mail: |

Qurbanova Aygül Azər qızı |
kiçik elmi işçi
|
İş telefonu /faks:
(+994 12) 4981621/111
|
|

Bağdadova Sevinc Qubad qızı |
böyük laborant |
İş telefonu /faks:
(+994 12) 4981621 /111
Mobil: (+994) 55 643 99 16 |
|
|
|
|
|
|
|
|
böyük laborant
|
|
|
|