Şöbə 2003-cü ilin dekabrında Folklor İnstitutunun müstəqil struktur vahidi kimi yaradılmışdır. Folklor İnstitutunun nəzdində Mifologiya şöbəsinin yaradılması türk mifologiyasının öyrənilməsi işinin təşkili baxımından yenidir.
Bundan əvvəllər kiçik miqyaslı və qeyri-sürəkli təşəbbüslər olsa da, davamlı nəticə olmamışdır. Bu baxımdan, mifoloji tədqiqatların aparılması işi akademik səviyyədə təşkil edilməmiş, tədqiqatçıların öz təşəbbüslərindən asılı olmuşdur. Mifologiya şöbəsinin yaradılması ilə sözügedən sahəyə aid tədqiqatlara akademik stimul verilmiş və işin təşkili peşəkar səviyyəyə qaldırılmışdır. Şöbənin kadr strukturu yaradılmış, mifologiya ilə bağlı peşəkar tədqiqatlar aparan ayrı-ayrı mütəxəssislər onun işinə cəlb edilmişdir.
Şöbə öz işinin elmi nəticələrini əməkdaşların çap etdirdikləri monoqrafiya və məqalələrdə gerçəkləşdirmişdir. Bütün respublikada mifoloji tədqiqatların yeganə elmi struktur qurumu olan Mifologiya şöbəsində mif mətnləri toplanılır, folklor mətnlərinin mifoloji strukturları, arxetipləri, mifoloji mətn arxitektonikası araşdırılır. Türk mifologiyasının diaxronik, tarixi-prosessual strukturunun və sinxron-aktual üzvlənmə problemlərinin öyrənilməsi; türk dünya modelinin bərpası; Azərbaycan xalq mərasimlərinin, oyun və tamaşaların qeydə alınması, arxaik ritualların bərpası, mərasimlərin genezisi, struktur və tipologiyasının tədqiqi də bu şöbədə həyata keçirilir.
Mifologiya şöbəsi mif və ritual problemlərinin öyrənilməsi istiqamətində ixtisaslaşmışdır. Mif və mərasimlərin öyrənilməsi aşağıdakı vəzifələrin həyata keçirilməsi ilə gerçəkləşdirilir:
– Azərbaycan mifoloji mətnlərinin toplanılması, elmi ekspertizası, təsnifatı, sistemləşdirilməsi və tarixi-mədəni tipinin müəyyənləşdirilməsi;
– Azərbaycan mərasim mətnlərinin toplanılması, qeydə alınması, ritual sistemi şəklində bərpa edilməsi;
– Miflərin diaxron strukturunun öyrənilməsi və Türk-Azərbaycan mifoloji düşüncə tarixinin transformasiya imkanlarının aşkara çıxarılması ilə onların mədəni-tarixi inkişafının izlənilməsi;
– Mif-folklor probleminin bütün struktur səviyyələri üzrə tədqiq edilməsi, total Türk mifinin Azərbaycan folklorunun tarixi-mədəni baxımdan funksionallaşmasında rolunun aşkarlanması;
– Mif, əfsanə, nağıl, epos və dastan mətnlərinin riyazi-morfoloji strukturunun öyrənilməsi;
– Folklorda riyazi düşüncə modellərinin aşkara çıxarılması;
– Türk mifologiyasının Oğuz mətn tipləri üzrə rekonstruksiya edilməsi: fərqli mətn tiplərinin struktur-semiotik analizi ilə mif paradiqmalarının müəyyənləşdirilməsi və bunların əsasında invariantın – mifoloji dünya modelinin bərpası;
– Türk mifinin sintaqmatik və paradiqmatik funksionallıgının mümkün tarixi-mədəni strukturunun öyrənilməsi;
– Mif-ritual probleminin türk milli düşüncə tipinin mətnləri əsasında araşdırılması;
– Azərbaycan-türk mərasimi düşüncə sisteminin ifadə kodunun (təsvir dili və onu funksionallaşdıran semiotik vahidlər) bərpası: mərasimin məzmununu təşkil edən kosmoqonik informasiyanı reallaşdıran, söz və hərəkət vahidlərindən təşkil olunmuş «əlifba»nın müəyyənləşdirilməsi və semiotik təbiətinin öyrənilməsi;
– Türk riyazi-mifoloji düşüncə sisteminin ifadə kodunun təsviri (riyazi mifologiya);
– Türk (Azərbaycan) ritual-mifoloji düşüncəsinin tarixi-mədəni paradiqmalarının (mif-din, ritual-din, mif-fəlsəfə, mif-ədəbiyyat və s.) öyrənilməsi;
– Türk mifoloji düşüncə tərzinin çağdaş Azərbaycan milli düşüncə tərzinin formalaşmasına təsirinin tədqiqi: mifoloji arxetiplər və çağdaş milli düşüncə və s.
ƏMƏKDAŞLAR
|
|
Adı, soyadı |
Vəzifəsi |
Əlaqə |
|
Rzasoy Seyfəddin Gülverdi oğlu
|
şöbə müdiri |
İş telefonu/faks:
(+994 12) 498 16 21 Mobile: (+994 51) 821 74 70
|
|
Albalıyev Şakir
|
aparıcı elmi işçi |
İş telefonu/faks:
(+994 12) 498 1621
Mobil:
(+994 50) 644 96 65
e-mail: albaliyevshakir @rambler.ru
|
|

Elçin Qaliboğlu
|
aparıcı elmi işçi |
050 359-62-74
070 588-70-74 |
|
Qəsəbova İlhamə Cəlal qızı
|
aparıcı elmi işçi |
Mobil:
055 9047172
İş telefonu/faks:
(+994 12) 498 16 21
e-mail:
[email protected]
|
|
Məmmədova Məleykə Nizami qızı |
böyük elmi işçi |
Mobil:
070 660 49 08
|
|
Qasımova Sevinc Aşur qızı |
böyük elmi işçi |
050 715-30-51
e-mail:
[email protected] |
|
Qarayev Səfa Pənah oğlu
|
böyük elmi işçi |
İş telefonu/faks:
(+994 12) 498 16 21 Mobil : (+994 55) 822 0001
[email protected]
|
|
|
elmi işçi |
|
|
Həsənova Könül Qubad qızı |
elektronçu |
|
|
Qurbanova Aygün Ələddin q.
|
böyük laborant
|
055 526-57-77
051 835-07-77
|
|
Kərimova Vüsalə |
kiçik elmi işçi |
|
|
Bağırova Fatimə Bağır qəzə |
kiçik elmi işçi |
050 760-90-97 |
|
|