Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

MÜASİR FOLKLOR ŞÖBƏSİ

Əsas istiqamətlər

Milli mənəvi dəyərlərin son yüz ildə sürətlə dəyişdiyi, zənginləşdiyi  bir vaxtda folklor anlayışının tarixi-sosial və yeni münasibətlər baxımından tədqiqi vacib məsələlərdən biridir. Urbanizasiya, köçlər, qaçqınlar problemi, texnologiyanın sürətli inkişafı, yeni nəzəriyyələrin və metodların ortaya çıxması folklora baxışı da dəyişmişdir. Texnoliji inkişaf yeni-yeni folklor materiallarının yaranmasına və ya ən azından əski nümunələrin formal şəklinin dəyişməsinə səbəb olur ki, bunların araşdırılması qloballaşan dünyaya ayaq uydurmaq baxımından olduqca önəmlidir. Müasir folklor şöbəsinin əsas istiqamətləri sadəcə yeni yaranan nümunələri deyil, həm də daha öncələr mövcud olan ancaq obyektiv və subyektiv səbəblərdən öyrənilməyən dini folkloru, bazar və reklam folklorunu da öyrənməkdir. Müasir folklor dedikdə məhz yuxarıda sadalanan amillərin etnik mədəni kontekstdə yeri, rolu və funksiyası başa düşülür. Sürətlə dəyişən dünyamızda mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün folklor tədqiqatları sahəsində də gərəkli dəyişikliklərin edilməsi vacib məsələlərdən biridir. Üzbəüz verbal folklorun vizual və virtual folkora dönüşməsi hər gün yenilənən və dəyişən sözlü mədəniyyətin öyrənilməsinin yeni bir mərhələsi kimi dəyərləndirilməlidir. Bütün bunların araşdırılması “Müasir folklor” şöbəsinin qarşısında duran əsas vəzifələrdən biridir.

Görüləcək işlər

  1. Son əlli ildə şəhərlərə köçlərlə bağlı olaraq yaranan şəhər folklorunun spesifik xüsusiyyətlərini (icra ortamının, auditoriyanın dəyişməsi nəticəsində folklor janrlarının söylənməsində baş verən fərqliliklər, yox olan folklor növləri və yenilərinin yaranması və s.) araşdırılması;
  2. Şəhər əfsanələri, UFO əfsanələri, çayxana dedi-qoduları, şaiyələrin tədqiq edilməsi;
  3. Meyxana mədəniyyəti, sosial funksiyası və meyxanaların mövzu dairəsinin araşdırılması;
  4. İnternet folkloru və onun özəllikləri: ironik, yumorlu, tərbiyəedici folklor materiallarının, xüsusən də atalar sözü və deyimlərin yenidən internet mühitinə gətirilməsi və öyrənilməsi;
  5. Qadının rolunun artması, gender problemi ilə bağlı qadın folkloru - əbələr/həbələr (mamaçalar), baxıcılar və falçıların yeni dövrdə fəaliyyəti, onların qadın şamanlığının qalıntısı olmasının incələnməsi;
  6. Qadın folkloru, ailə folkloru probleminin öyrənilməsi;
  7. Söyüş folklorunun milli və psixoloji tərəflərinin araşdırılması;
  8. Söyləyicilik sənətinin özəllikləri; söyləyici və auditoriya; söyləyici və dinləyici münasibəti; söyləyicinin psixologiyası, yaşı, cinsiyyəti, sosial vəziyyəti, təhsili və s. araşdırılması;
  9. Qadın söyləyici, qadın söyləyicilərin janr repertuarının öyrənilməsi;
  10. Dini folklor nümunələrin (əfsanə, rəvayət və nağıllar), kosmoqonik və esxatolojik səciyyəli mifoloji mətnlərin toplanması, Kərbəla hadisələri və Məhərrəmlik rituallarının toplanıb öyrənilməsi; 
  11. Üz-üzə folklorun virtual folklorla əvəzlənməsi və auditoriya anlayışının dəyişməsi (məsafə, dinləyici rəngarəngliyi və s.)
  12. Ənənəvi tibb, xalq həkimliyi, türkəçarələr, sınıqçılar, otaçılar (otlarla müalicə), çöpçülər və s. öyrənilməsi;
  13. Yox olmaqda olan sənət və peşələrin, məsələn, dulusçuluq, dəmirçilik, dülgərlik, həsirçilik, zənbilçilik, nalbəndlik, sərraclıq, misgərlik, qalayçılıq və s. öyrənilməsi və onların ətrafında yaranan sözlü materialların (varsa nəğmə, deyim və s.) araşdırılması;
  14. Repressiya dönəmi folkloru və repressiya folklorunun tədqiq edilməsi;
  15. Bazar folklorunun - satıcıların malı tərifləmələri, alıcını cəlb etmək üçün qafiyəli söz və cümlələri, satdıqları malın müalicəvi əhəmiyyətini bildirmələri, rəqabət ortamı yaratmaq üçün ucuz satmaları, dükanların önündə və  içində asılan dualar, göz muncuqları və s. funksiyasının öyrənilməsi;
  16.  Əsgər folkloru, əsgərə gedənlərin bir gün öncə qonaq çağırılması, uğurlama zamanı söylənən alqışlar, əsgərlikdən gələnlər üçün kəsilən qurbanlar, toplu yeməklər, əsgər lətifələrinin söylənməsi, əsgər xatirələri və s. tədqiq edilməsi;
  17. Avtobus, metro, ümumilikdə ictimai nəqliyyat vasitələrində və afişlərdə reklamçılıq və onun folklor materiallarından (son dövrdə inkişaf edən reklam şirkətlərinin atalar sözü və məsələlərdən, aforistik ifadələrdən, deyimlərdən, qafiyəli sözlər və s.) istifadə etməklə yaranan nümunələrin tədqiq edilməsi;
  18. Yük maşınlarının, taksilərin, fərdi avtomobillərin, gəlin maşınlarının arxasına, önünə və yan şüşələrinə yazılan yazılar, onların semantik özəllikləri, qəlib ifadələr baxımından dəyərləndirilməsi;
  19. Folklor və media problemi (seriallar, teleseriallardakı müdrik qoca obrazı və xalq ədəbiyyatından örnəklər, dini rəvayətlərin söylənməsi və s.), ikinci sözlü kültür baxımından araşdırılması;
  20. Yeni mif yaratma vasitəsi olaraq siyasi, dini, etnik konteksdə yaranan mifologemlər və bunların kütlə manipulyasiya vasitəsi olmasının araşdırılması;
  21. Memoratların (olmuş hadisə kimi xatırlanan və şahidlərin köməkliyi ilə “isbatlanmağa” çalışılan “yeni miflər”) toplanması, təsnifatı, araşdırılması;
  22.  Xalq İslamının inkişafında ocaqlar, pirlər, türbələr, ziyarət yerlərinin rolu, sosial funksiyası, pirlərdə, türbələrdə mədfun övliyalar, seyidlər ətrafında yaranan mənkıbələrin araşdırılması;
  23. Yenilənən lətifə anlayışı, sosial, siyasi, dini və etnik ağırlıqlı lətifələr, həmçinin bəzi peşələrlə bağlı xüsusi lətifə janrının və ədəbsiz (müstehçen), yaxud açıq-saçıq lətifələrin öyrənilməsi; regional lətifələrin yaranma səbəblərinin araşdırılmasi. Hacı Dayı lətifələri, Ayrım lətifələri və onların çağdaş problemləri yansıtması;
  24. Yox olmaqda olan oyunların (kənd yerlərində uşaq və gənclərin oynadıqları oyunlar), toplanması və öyrənilməsi;
 

Əməkdaşlar

Adı, soyadı
Vəzifəsi
Əlaqə





Şöbə müdiri
f.e.d. professor  


İş telefonu /faks:
(+994 12) 4929248

Mobile:

( +994 55) 7787863

E-mail: [email protected]







aparıcı elmi işçi, f.ü.f.d.



Mobile:

(+994 50) 356 73 75

E-mail: [email protected]







aparıcı elmi işçi, f.ü.f.d.

 


Mobile:
(+994 55) 7091034

E-mail:
[email protected]


  Kərimova Vüsalə Əbdüləli





elmi işçi



Mobile:
(+994 50)  792 12 12

E-mail:

vusalekerimli @gmail.com


Zeynalova Kəmalə Akif qızı

 

 

mütəxəssis

 

 

050 458-01-21
050 480-05-01


Qasımova İlahə Azər qızı
elektronçu
İş telefonu /faks:
(+994 12) 4929248

Hüseynova Həbibə Şakir

 

 

elektronçu

 

 

Email:
[email protected]


055 711 84 84

 
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.