Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

CƏNUBİ AZƏRBAYCAN FOLKLORUNUN TOPLAMA VƏ
ARAŞDIRILMASINA DAİR

 
AMEA Folklor İnstitutunda “Cənub Azərbvaycan Folkloru” şöbəsi 2015-ci ildən fəaliyyət göstərir. Şöbənin əsas istiqamətləri Cənubi Azərbaycan folkloru örnəklərinin tədqiqi, onların məzmun, tutum və ideya baxımından araşdırılıb sistemləşdirilməsi, Cənubi Azərbaycan folkloru toplularının transliterasiyası, canlı danışıq dilinin, milli koloritin qorunub saxlanılması, nəzəri problemlərinin araşdırılmasına bağlıdır. Cənubi Azərbaycan folkloru şöbəsi “Guney Azərbaycan folkloru” başlığı altında 7 cilddə kitab nəşr etdirmişdir.
Güney Azərbaycan folklorunun I cildində Güneyli həmkarımız Məm-mədəli Qövsi Fərzanənin uzun illər Cənubda topladığı folklor materialları professor İsrafil Abbaslının elmi redaktorluğu ilə hazırlanıb nəşr olunmuşdur. (“Güney Azərbaycan folkloru”, I kitab, Toplayanı: M.Q.Fərzanə, Elmi redaktoru: prof. İ.Abbaslı, tərtibat: S.Abbaslı. Bakı, 2013). Məmmədəli Qövsi Fərzanənin təqdim etdiyi örnəklər əsasən Təbriz, Yekanat və Həmədan ərazi-lərindən toplanılmışdır.
Güney Azərbaycan folklorunun növbəti II cildi də Məmmədəli Qövsi Fərzanə və Behruz Həqqinin toplama materialları əsasında tərtib olunaraq çap edilmişdir. (“Güney Azərbaycan folkloru”, II kitab. Toplayanlar: Behruz Həqqi, Məmmədəli Qövsi Fərzanə. Tərtib edən və ön sözün müəllifi: fil.ü.f.d. Sönməz Abbaslı. Elmi redaktorları: fil.ü.f.d R.Xəlilof, A.Mustafayev. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014).
Növbəti cilddə (III) Səməd Behrəngi və Bəhruz Dehqaninin uzun illər xalq arasından topladıqları müxtəlif nağıllar orijinaldan trasliterasiya olunaraq kitab şəklində hazırlanmışdır (Güney Azərbaycan folkloru. III kitab. Elmi redaktoru: fil.ü.f.d. M.M.Abbasova. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014).
Güney Azərbaycan Folklorunun IV cildi də əməkdaşların topladıqları materiallar, Cənub folkloruna aid kitablardan transliterasiyalar əsasında hazırlanaraq dərc olunmuşdur (Güney Azərbaycan folkloru, IV kitab. Tərtib edənlər: Dr. Hüseyn Şərqidərəcək, fil.ü.f.d. Mətanət Abbasova. Elmi redaktoru: fil.üz.f.d Qədim Qubadov. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2015).
“Təbriz folklor örnəkləri” kitabı konkret bölgə material – Təbriz folklor örnəkləri əsasında işlənib hazırlanmışdır (Təbriz folklor örnəkləri. Toplayıcılar: Kazim Abbasi, Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəmməd Əlipur Müqəddəm. Redaktoru: fil.üz.f.d. S.Qaybalıyeva, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013).
Güney Azərbaycan Folklorunun V cildinin örnəkləri əsasən Təbriz, Miya-na, Xoy, Ərdəbil, Heris, Mamağan, Tufarqan və s. bölgə materiallarını əhatə edir. (Güney Azərbaycan folkloru, V kitab. Tərtib edənlər: Dr. Hüseyn Şərqidərəcək, fil.ü.f.d. dosent Mətanət Abbasova. Elmi redaktoru: fil.üz.f.d Aydın Mustafayev. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2015).
Guney Aşıq mühitinin zəngin, təkrarsız dastançılıq ənənələri nəzərə alınaraq növbəti Güney Azərbaycan Folklorunun VI cildi bütövlükdə dastanlar əsasında hazırlanmışdır. Kitabda Guney aşıqlarının repertuarından seçilən 12 dastan mətni və bir aşıq deyişməsi verilmişdir (Güney Azərbaycan folkloru, VI kitab. Tərtib edənlər:, fil.ü.f.d. dosent Mətanət Abbasova. Elmi redaktoru: Soltan İmaməliyev. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017).
Güney Azərbaycan Folkloru seriyasının növbəti VII cildində Təbriz aşıq məktəbindən “Şikari” dastanı nəşr edilmişdir. (Güney Azərbaycan folkloru, VII kitab. Tərtib edənlər: fil.ü.f.d. dosent Mətanət Abbasova, Böyükbəy Ələkbəroğlu. Elmi redaktoru: fil.üz.f.d Aydın Mustafayev. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018).

 
 
 
 
 
 
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.