Aşıq yaradıcılığı şöbəsində Azərbaycan aşıq yaradıcılığı araşdırılır, nümunələri toplanılır, sistemləşdirilir və nəşrə hazırlanır. Aşıq sənətinin poetik xüsusiyyətlərinin, ideya-məzmun məsələlərinin tədqiqi, ayrı-ayrı aşıqların bədii irsinin toplanması və nəşri, onlar haqqında monoqrafik tədqiqatlar aparılması, «Azərbaycan aşıqları» çoxcildliyinin tərtib və nəşr edilməsi də bu şöbənin əsas vəzifələrindəndir.
Aşıq yaradıcılığı şöbəsi Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində fəaliyyət göstərən Folklor Elmi-Mədəni Mərkəzində 2001-ci ildə yaradılmışdır. 2003-cü ildən müstəqil Folklor Institutunun şöbələrindən biri kimi fəaliyyət göstərir. Söbə Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri istiqamətində folklorumuzun tarixi və nəzəri problemləri ilə məşğuldur.
Tacir Qurbanovun «Ağbaba folkloru» (H.Ismayılovla birgə) Aşıq Nəsib (tər.edən f.e.d. H.Ismayılov, T.Qurbanov) Bakı, Səda, 2004, Ağbabalı Isgəndərin «Serlər»i, Elxan Məmmədlinin tərtibində Borçalı Sair Nəbinin «Eləsi var» (2003) kitabları qısa müddətdə ərsəyə gətirdiyi elmi nəşrlərdəndir (2004).
Aşıq yaradıcılığı şöbəsinin müdiri filologiya elmləri namizədi Elxan Məmmədlidir. Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979) işləmiş və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür. O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur. 1998-ci ildə «Azərbaycan aşıq yaradıcılığında təcnis» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Söbədə 21 nəfər elmi əməkdaş fəaliyyət göstərir. Onlardan 1 nəfəri AMEA-nın həqiqi üzvü, 1 nəfəri elmlər doktoru, professor, 5 nəfəri elmlər namizədi, qalanları isə laborant, kiçik elmi işçi və böyük elmi işçilərdir.
ƏMƏKDAŞLAR
Adı, Soyadı |
Vəzifəsi |
Əlaqə |
|
Məmmədli Elxan Hüseynqulu oğlu
|
şöbə müdiri |
İş telefonu /faks: (+994 12) 4981621 Mobil: ( +994) 50 328 49 15 |
|
İsmayılov Hüseyn Ələsgər oğlu |
baş elmi işçi |
Mobil:
055 272-40-40
050 339-52-52
|
|
Qurbanov Tacir Şaban oğlu |
aparıcı elmi işçi |
İş telefonu /faks: (+994 12) 4981621 Mobil: (+994 50) 6737745 |
|
Paşayeva Sahibə Sədnik qızı |
böyük elmi işçi
|
İş telefonu /faks: (+994 12) 4981621 Mobil: (+994 50) 740 99 80 |
|
Bənövşə Rzayeva |
böyük elmi işçi |
|
|
Abıyev Vüsal Mirabı oğlu |
elmi işçi |
İş telefonu /faks: (+994 12) 4981621 Mobil: (+994 55) 374 3710
E-mail: v.abiyev @mail.ru |
|
Əliyeva Əsmər Şakir qızı |
kiçik elmi işçi |
055 895-77-25 |
|
İsmayılova Kəmalə Fikrət qızı |
elmi işçi
|
İş telefonu /faks:
(+994 12) 4981621 |
|
Bədəlova Validə Ağasən qızı |
elektronçu |
|
|
|