Şöbənin əsas vəzifələri folklor və yazılı ədəbiyyatın qarşılıqlı təsir probleminin öyrənilməsi, yazılı ədəbiyyatda folklor və mifologiyadan istifadə məsələlərinin tədqiqi, yazılı ədəbiyyatın folklora təsirinin araşdırılmasıdır.
Folklor və yazılı ədəbiyyat şöbəsi 2011-ci ildən fəaliyyət göstərir. Yarandığı vaxtdan etibarən şöbədə aşağıdakı istiqamətlərdə işlər görülməkdədir:
1.Beynəlxalq və respublika əhəmiyyətli konfransların, elmi sessiyaların təşkili, onlarda elmi məruzələrlə iştirak;
2. Konfrans materiallarının toplanılması, tərtibi və nəşri;
3. Müxtəlif tədbirlərin təşkili (kitab təqdimatları, tanınmış şair və yazıçılarla görüş və s.).
Son illərdə şöbədə 2 kitabdan ibarət “Folklor və yazılı ədəbiyyat” adlı məqalələr toplusu, “Folklor və yazılı ədəbiyyat” biblioqrafiyası və şöbə əməkdaşlarının müxtəlif mövzulara həsr olunmuş monoqrafiya və kitabları da nəşr olunmuşdur.
Şöbənin on yeddi əməkdaşı vardır. Onlardan ikisi filologiya elmləri doktoru, yeddi nəfər isə filologiya üzrə fəlsəfə doktorudur.
Əməkdaşlar
|