Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
10.12.2020

Güney Azərbaycan folkloru nümunələrinin toplandığı iki yeni kitab işıq üzü gördü

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda həyata keçirilən layihələrin tərkib hissəsi kimi Güney Azərbaycan folklor örnəklərinin növbəti seriyası işıq üzü görmüşdür. Bu dəfə oxuculara təqdim olunan nümunələr IX və X cildlərdə toplanmışdır. Ənənəvi olaraq layihənin rəhbəri akademik Muxtar Kazımoğlu, tərtibçi dosent Mətanət Maşallahqızıdır.
IX cildə Güney Azərbaycanımızın müxtəlif bölgələrindən toplanmış folklor örnəkləri daxil edilmişdir. Bu sırada ilk olaraq uşaq folkloru nümunələrinə yer verilmişdir. Nazlamalar, laylalar, müxtəlif uşaq şeirləri, daha sonra atalar sözləri və məsəllər, bayatılar, sayalar, deyimlər, alqış və qarğışlar, xalq mahnıları, nağıllar, lətifələr və s. toplandığı kitabda bu vaxtadək el arasında mövcud olan və zaman-zaman toplanaraq oxucuya təqdim olunan nümunələrin fərqli versiyalarının təqdimatına xüsusi diqqət yetirilmişdir. Güney Azərbaycanda həyata keçirilən mərasimlər, inanclar, mifoloji mətnlər, əfsanə və rəvayətlər, peyğəmbərlər, ocaqlar, dini şəxsiyyətlər və s. haqqında toplanan folklor örnəkləri də oxuculara Güney Azərbaycanın zəngin ağız ədəbiyyatı xəzinəsi ilə ətraflı tanış olmaq imkanı verəcəkdir. Folklor materiallarını Mətanət Maşallahqızı, Qiymət Məhərrəmli, Səbuhi Bədəlov transliterasiya etmişlər. Kitabın redaktoru Ramiz Kərəmdir.

“Güney Azərbaycan folkloru” seriyasından oxuculara təqdim olunan növbəti X cilddə isə Güney Azərbaycanın zəngin şifahi xalq yaradıcılığına aid dastan nümunələri toplanmışdır. X cild əsasən, Təbriz-Qaradağ, Zəncan, Şahsevən və s. bölgələrə mənsub aşıqların repertuarından götürülmüş dastanlara həsr olunmuşdur. Kitabda xalq içərisində geniş yayılmış “Şah İsmayıl”, “Qurbani”, “Nəcəf”, “Bəy Aslan və Hüsnüpəri” dastanlarına yer verilmişdir. Əsasən, dinləmə materiallarından yazıya alınmış həmin dastanları oxucuya təqdim etməklə, xalq içərisində sevilə-sevilə oxunub, el şənliklərini bəzəyən
bu dastanların aşıq dilindəki bütün üstün cəhətlərinin ‒ dialekt, şivə xüsusiyyətlərinin qorunması, orijinal el deyimləri ilə zənginliyi və s. cəhətlər nəzərə alınmışdır.
Geniş oxucu kütləsinin və folklor araşdırmaçılarının diqqətinə təqdim olunan bu kitabın da layihə rəhbəri Akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçi Mətanət Maşallahqızı-Abbasova, redaktoru Ləman Vaqifqızı, səsli faylların üzünü köçürən isə Lalə Bədirovadır.

Qiymət Məhərrəmli

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.