Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
24.06.2020

Folklorşünas alim Səfa Qarayevin psixoanalitik tədqiqat metodu əsasında yazılmış növbəti kitabı nəşr olunmuşdur: "Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər"

Son illər folklorun müasir nəzəri-metodoloji baxışlar prizmasından, xüsusən də dünyada geniş yayılmış psixoanalitik metod əsasında öyrənilməsi sahəsində çoxsaylı tədqiqatları ilə Azərbaycan folklorşünaslığında yeni bir istiqaməti inkişaf etdirən gənc folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin "Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər" adlı növbəti kitabı işıq üzü görüb.

Kitabda milli qorqudşünaslıq təcrübəsində ilk dəfə olaraq "Kitabi-Dədə Qorqud" eposunun mənalar sistemi sosial-antropoloji yanaşmalar konteksində psixoanalitik metodla araşdırmaya cəlb edilmişdir. Yeni təqdim olunan nəzəri-metodoloji yanaşma özünü bir tərəfdən tədqiqat predmetinin mənalar sistemi kimi müəyyənləşdirilməsində, digər tərəfdən isə "KDQ" eposu və bu epik ənənəyə daxil olan digər folklor mətnlərindəki süjet və motivlərin yaradıcı fantaziya artefaktı olaraq psixoloji komplekslərin metaforik təzahürü kimi təhlil olunmasında göstərir. Bu nəzəri-metodoloji “mikroskop” altında görünən konkret elmi mənzərə isə eposun “kişilik idiokuturası”nın bədii təcəssümü faktı olmasıdır.

İki fəsildən ibrarət olan kitabın birinci fəsli "Kitabi-Dədə Qorqud"-da epik reallıq və metaforik məna", ikinci fəsli isə "KDQ"-də dəlilik: psixosemantik etiologiyası və simvolik semantikası" adlanır.

Kitabda geniş şəkildə tədqiqata cəlb edilən semantik vahidlərdən biri yalnız epik mətinlərin deyil, bütövlükdə əski mədəniyyətlərin struktur özünütəşkilində mühüm bir komponent kimi çıxış edən “hökmdar” metaforasıdır. Araşdırmada bu obrazın sosial normaların, kosmik nizamın dayanıqlığının təmin olunmasında mifik-simvoik təbiəti diqqət mərkəzinə gətirilmişdir. Tətbiq edilən psixoanalitik metod nəticəsində müəllif tərəfindən belə bir yanaşma formulə edilmişdir ki, folklordakı hökmdar obrazlarının prototip əsasında tədqiqatçıların əksəriyyətinin qeyd etdiyi sosial idarəçilikdəki hökmdar konsepti deyil, ailə başçısı kimi çıxış edən ata obrazı dayanır. Bu baxış bucağından salınan işıqda mədəniyyətdə qədim mifik faktlardan olan "hökmdarın taxtan salınıb yenidən taxta çıxarılması" faktının simvolik şəkildə "KDQ"-də də əks olunması müəyyənləşdirilmiş, bu faktın eposda süjeti, obrazlar sistemini, motivləri şərtləndirmə mexanizmləri aşkarlanmışdır.

Kitabın mühüm keyfiyyətlərindən biri də müasir dünya folklorşünaslığında əsas yanaşma istiqamətlərindən olan “mövqe” anlayışının tətbiqidir. Tətbiq olunan psixoanalitik metodun kateqorial aparatı burada mətnin yaranmasında kollektiv sosial mövqenin “kişi kollektivi” olduğunu müəyyənləşdirmişdir. Tədqiqatda “KDQ” eposu kişi maraqları kontekstində yaradılan, kişi arzularının proyeksiyasını ortaya qoyan abidə kimi analiz edilmişdir. Burada abidənin real tarixi hadisələrin və etnoqrafik gerçəkliyin təsviri deyil, kişimərkəzli cəmiyyətin arzularının metaforik təcəssümü olması konkret mətn təhlilləri ilə aşkarlanmışdır. Kitabda eposun kişi mövqeyinin təcəssümü olması və Tanrının da kişi yaradıcılıq faktı olması ilə əlaqədar olaraq mətndə onlar arasında konvensional mühitin formalaşması müəyyənləşdirilmişdir.

Tədqiqatın mühüm metodoloji yeniliklərindən biri eposdakı çoxsaylı fakt və konfliktlərin Edip kompleksi kontekstində analizi təcrübəsidir. Burada Edip kompleksi psixoanalitik və sosial-antropoloji tədqiqatlarda insanın emosional reallığının, sosial kimliyinin formalaşmasında həlledici əhəmiyyətə malik olan sosial-psixoloji münasibət səviyyəsi kimi öyrənilməklə yanaşı, onun yaradıcılıq faktlarındakı mənayaradıcı rolu da dəyərləndirilmişdir.

Kitabda belə bir elmi qənaət irəli sürülmüşdür ki, "KDQ"-də qəhrəman statusuna keçmənin və igidliyin təqdimatının ata ilə konflikt kontekstində realizə olunması igidliyin Edip kompleksinin ambivalentliyi kontekstində aktuallaşmasından irəli gəlir. Kitabda ərgənlik dönəmində keçid status olan “dəlilik” ata gücünün tabeedici mahiyyətinə protest kontekstində araşdırılmışdır. Müəyyən olunmuşdur ki, dəliliyin psixosemantik əsasında Edip kompleksi kontekstində ata ilə konflikt dayanır. Dəlilik ata ilə konflikt rakursudur və onun mahiyyətindəki ikimənalılıq (igidlik və axmaqlıq) bu konflikt daxilində qazandığı mahiyyətdən qaynaqlanır.

Beləliklə, kitabda “xanın taxtdan düşüb yenidən taxta çıxması”, “ata-oğul konflikti”, “dəlilik”, “ana xətti ilə qohumluq münasibətləri”, “ana mühitindən ata mühitinə keçid” və s. kimi epik konseptlər, həmçinin Edip kompleksinin və digər psixoloji komplekslərin mənayaradıcı təbiəti müasir nəzəri-metodoloji yanaşmalar kontekstində geniş şəkildə öyrənilməklə müasir milli folklorşünaslığımızın bu istiqamətdə inkişafı üçün yeni üfüqlər açılmışdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.