Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
23.04.2020

Folklor nümunələrinin müqayisəli-tarixi mövqedən öyrənilməsinin əhəmiyyəti müzakirə edilib

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat şöbəsinin onlayn seminarı keçirilib.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, seminarda folklor nümunələrinin müqayisəli-tarixi mövqedən öyrənilməsinin əhəmiyyəti mövzusu müzakirə edilib.

Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev bildirib ki, bəşəriyyət həmişə öz keçmişini öyrənməyə maraq göstərib, ötən əsrlərin müxtəlif forma və məzmunda yaddaşa və maddi-mənəvi abidələrə həkk olunmuş nailiyyətləri ilə fəxr edib. Tarixin bütün sınaqlarından çıxan insan yeni bir mədəni yüksəliş qazanaraq iqtisadi, siyasi, mənəvi inkişafın ən müasir dəyərlərini müəyyənləşdirə bilib. Bu işdə tədqiqatçılara yardımçı olan sahələrdən biri də arxeoloji araşdırmalarla yanaşı, folklor və mifoloji mətnlərdir.

Sonra şöbənin əməkdaşı, filologiya elmləri doktorluğu üzrə doktorantı Fidan Qasımovanın “Oğuz və kelt folklor mətnlərində ağac kultu” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, folklor nümunələrinin müqayisəli-tarixi mövqedən öyrənilməsi bəşəri düşüncənin qaynaqlarının müəyyənləşdirilməsində və xalqların bir-birinə yaxın olmasının mahiyyətinin dərk edilməsində mühüm əhəmiyyətə malikdir.

Məruzəçi “Kitabi-Dədə Qorqud” dastanları ilə yanaşı, digər oğuznamələrdən və eyni zamanda, əsas etibarilə Şotlandiyada, İrlandiyada məskunlaşan keltlərə məxsus saqalardan gətirdiyi nümunələr əsasında ağac kultunun mifoloji köklərinin geniş mənzərəsini yaradıb. Ağacın dünyanın mərkəzi kimi qəbul edilməsi, həyat amili kimi inanca çevrilməsi, Tanrı və su anlamına gətirilməsi, hətta bədnəzərdən qorunmaq kimi xüsusiyyət daşıması, nərdivana, çomağa transformasiya olunması konkret faktlar əsasında təhlil edilib. Qeyd olunub ki, qədim xalqların genetik yaddaşı, ortaq dəyərləri daha çox bölüşüb.

Filologiya üzrə fəlsəfə doktorları Xəyalə Ağayeva, Aynur İbrahimova, Aytac Abbasova, Əpoş Vəliyev, Gülnar Osmanova, Sevinc Əliyeva, Şəbnəm Məmmədova məruzə ətrafında çıxış edərək, fikir və mülahizələrini söyləyiblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.