Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
08.11.2019

“Dədə Qorqud” elmi-ədəbi jurnalının növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun nəşri olan “Dədə Qorqud” elmi-ədəbi jurnalının üçüncü nömrəsi (2019) çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin Dədə Qorqud şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar beş rubrikada toplanıb. Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində professor Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud” eposunun araşdırılması tarixinə bir nəzər”, türkiyəli alim Osman Fikri Sərtkayanın “Dədə Qorqud kitabı”nın neçə nüsxəsi var?”, Elnarə Cavadovanın “Kitabi-Dədə Qorqud” dastanının dilində hərbi sözlər”, Pərvin Abdullabəyovanın “Kitabi-Dədə Qorqud” dastanının dilində rənglərin üslub imkanları”, Arəstə Xudiyevanın “Anqlo-sakson və Azərbaycan eposunda demonik obraz adlarının folklor semantikası: Qrendel və Təpəgöz” məqalələri dərc edilib.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında rusiyalı folklorşünas alim, professor Sergey Neklyudovun “Folklor və onun tədqiqi: iyirminci əsr”, filologiya üzrə elmlər doktoru İslam Sadıq və Pərinaz Sadıqlının “Alp Ər Tonqa” dastanı”, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Edip kompleksi kontekstində dəlilik: ataya protestin mədəni-psixoloji effekti” və digər məqalələr oxucuların ixtiyarına verilib.

Jurnalın “İmadəddin Nəsimi – 650”, “Azərbaycan folklorundan yeni nümunələr”, “Qardaş türk folklorundan örnəklər” bölmələrində də maraqlı araşdırmalarla tanış olmaq mümkündür.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.