Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
6.11.2017

"Bir dünya, min millət" mövzusunda seminar keçirilib

Noyabrın 2-də AMEA Folkor İnstitutu və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay şəhərində "Bir dünya, min millət" mövzusunda elmi seminar keçirilib. Seminarın məqsədi Azərbaycan narının tanıtımı, onun Azərbaycan folklorundakı mifoloji semantikasının öyrənilməsi və etnoqra¬fiyamızda yeri kimi məsələləri müzakirə etmək olub.


Tədbiri giriş sözüylə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova açaraq iştirakçıları salamlayıb, Nar festivalı ərəfəsində keçirilən seminarın elmi əhəmiyyətinə toxunub. Sonra İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyinin ərsəyə gətirdiyi "Nar - bir dünya" sənədli filminin nümayişi olub.


AMEA Folkor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov "Azərbaycan folklorunda narın mifoloji semantikası" mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Azərbaycan folkorunun bir çox janrlarında - nağılarımızda, dastanlarımızda, bayatılarımızda, aşıq sənətimizdə, el nəğmələrimizdə və s. narın təsvirinə geniş yer verilir. Xalq ədəbiyyatında narla bağlı ayrı-ayrı süjetlər, motivlər, obrazlar var. Qurani-Kərimdə bir neçə meyvənin, o cümlədən narın adı çəkilir. Nar mifoloji rəmz kimi məhəbbət, güc, məhsuldarlığı ifadə edir.


Seminarda Göyçay rayon Təhsil Şöbəsinin metodisti Əkbər Əliyev "Klassik poeziyada nara müraciət", AMEA Folkor İnstitutunun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov "Azərbaycan nağıllarında narın simvolikası", AMEA Folkor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Atəş Əhmədli "Bayatılarda nar və onun semantik çalarları", Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva "Nar təbabətdə", Göyçay Şəhər Mərkəzi Məscidi dini icmasının sədri Müşfiq Əskərov "Qurani-Kərimdə nar", Göyçar Rayon Bitkiçilik Sektorunun baş məsləhətçisi Famil Nəbiyev "Narçılığın iqtisadi əhəmiyyəti" mövzularında çıxışlar ediblər.
Bununla da seminar öz işini başa çatdırıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.