Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
12.4.2017

AMEA Folklor Institutunun “İrs” folklor ansamblının diskləri buraxılıb

AMEA Folklor Institutunun “İrs” folklor ansamlının diskləri toplu halında buraxılıb. İnstitutun Folklor Studiyasının təqdim etdiyi 2 diskdə “İrs” folklor ansamblının repertuarından muğam, təsnif, aşıq havaları, xalq və bəstəkar mahnıları yer alıb.
Tərtibçilər AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, fil.ü.f.d. Elçin Abbasovdur. Səs rejissoru Mahir İbrahimov, səs texnikləri Ramin Abdullayev, Əlsəftər Məmmədov, səs effektləri İffət Əsgərov, redaktorlar Qasım Nağıyev, Təranə Abdullayevadır.
«İrs» folkor ansamblı 1976-cı ildə folklor tədqiqatçısı, musiqişünas Sidqi Mustafayev və mər-hum bəstəkarımız Rəşid Nəsiboğlu tərəfindən yaradılıb. 1981-ci ildə Respublikanın mədəniyyət, incəsənət və elm xadimlərinin iştirakı ilə keçirilən baxışda ansamblın gördüyü işlər yüksək qiymət-ləndirilib və ansambla dövlət statusu verilib. Ansambl 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərir.
Azərbaycan Respublikasının xalq artisti Mələkxanım Əyyubova (1980-1985-ci illərdə "İrs" folklor ansamblının solisti olub), əməkdar artist Əlülfət Nəzərli, Aşıq Nemət Miskinli, Aşıq Fəzail Miskinli və başqaları bu ansamblın əməkdaşı olublar. Hazırda Şəbnəm Tapdıq, Solmaz Kosayeva, Aşur Adıgözəlov, Novruz Novruzlu, Həlimət Məmmədova və başqa tanınmış sənət adamlarının cəmləşdiyi ansambla respublikanın əməkdar artisti Nuriyyə Hüseynova rəhbərlik edir.


“İrs” folklor ansamblı musiqi folklorumuzun və ümumən musiqi mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində çoxsaylı uğurlar əldə edib, İtaliya, İsveç, Rusiya, Ukrayna, Avstraliya, Fransa, Türkiyə, İran və digər ölkələrdə keçirilən beynəlxalq festivallardan vətənə medallar və fəxri diplomlarla qayıdıb.
Ansamblın fəaliyyətində başlıca məqsəd yaddaşlarda yaşayan qədim el havalarını, xalq musiqisi örnəklərini, aşıq yaradıcılığı nümunələrini, xalq oyunları və meydan tamaşalarını toplamaq, rekonstruksiya etmək və gələcək nəsillərə çatdırmaqdır. Ansambl Azərbaycan musiqi folklorunu praktik olaraq inkişaf etdirməklə yanaşı, qədim, artıq unudulmuş xalq çalğı alətlərinin də bərpası istiqamətində işlər görür. Öz uzunmüddətli fəaliyyəti dövründə ansambl Azərbaycan xalqının musiqi folklorunun dəyərli nümunələrindən olan «Almanı alma, gəlin», «Əylən, gəlin», «Ruhani», «Azaflı dübeytisi», muğamlardan «Nəva», meydan tamaşalarından «Kosa-Kosa», «Toyuq aparan», «Qaravəlli» və s. bərpa edib.
Bildirək ki, AMEA Folklor İnstitutunun Elmi Şurasının martın 31-də keçirilmiş iclasında “İrs” folklor ansamblının adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Qərara alınıb ki, ansambl bundan sonra “Qorqud” folklor ansamblı adlandırılsın.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.