Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
1.2.2017

Məktəblilər Folklor İnstitutunun qonağı olmuşlar

Yanvarın 31-də Bakı şəhəri 232 saylı tam orta məktəbin bir qrup şagirdi məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalovanın rəhbərliyi ilə AMEA-nın Folklor İnstitutunda olmuşdur. Səfər məktəbdaxili layihə çərçivəsində həyata keçirilmişdir. Belə ki, məktəbin şagirdləri AMEA-nın müxtəlif İnstitutlarına səfər edir, onların iş prinsipləri ilə tanış olur, İnstitutun əməkdaşları ilə vaxtaşırı görüşlər keçirirlər.

Qonaqları Folklor İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov şəxsən özü qarşılamış, onları İnstitutun iş fəaliyyəti ilə tanış etmişdir.

Qarşılıqlı söhbət əsnasında prof. M.İmanov elmlə təhsilin inteqrasiyasının vacibliyindən danışmış və AMEA rəhbərliyinin də bu məsələlərə xüsusi diqqət yetirdiyini vurğulamışdır. Bu görüşün gələcək əməkdaşlıq üçün ilk və vacib addım olduğunu qeyd edən M.İmanov AMEA İnstitutlarının orta ümümtəhsil məktəbləri ilə müxtəlif formatlı əməkdaşlığının əhəmiyyətli olacağından danışmış və bunun şağirdlərdə elmi araşdırmalara, elmi tədqiqatlara xüsusi maraq oyada biləcəyini vurğulamışdır.

Görüşdə şagirdlərin şifahi xalq ədəbiyyatı haqqında fikirlərini dinləyən və onları maraqlandıran suallara ətraflı şərh verən M.İmanov şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılmasından və onun tədqiqinin vacibliyindən danışmaqla yanaşı, bu ədəbiyyatın ictimai, mədəni və mənəvi həyatımızda oynadığı rolu çoxsaylı nümunələrlə şagirdlərin diqqətinə çatdırmışdır. Təkcə Azərbaycanda yox, bütünlüklə dünya xalqlarında şifahi xalq ədəbiyyatına həssas bir yanaşmanın olduğu vurğulanmış, məhz bu ədəbiyyatın motiv və süjetləri əsasında yüzlərlə bədii əsərlərin yazıldığı, kino və tamaşaların çəkildiyi qeyd edilmişdir. Görüşdə qarşıdan gələn Novruz bayramı ilə bağlı bir sıra adət və mərasimlərimiz də müzakirə mövzusu olmuşdur.

Sonda M.İmanov qonaqlara Folklor İnstitutuna gəldikləri üçün təşəkkürünü bildirmiş və məktəbliləri İnstitutun yaxın zamanlarda Novruz bayramı ilə bağlı keçirəcəyi tədbirlərə dəvət etmişdir. Öz növbəsində qonaqlar da bu cür görüşlərin davamlı olacağını vurğulamış və onlara xüsusi diqqət ayırdığı üçün Folklor İnstitutunun rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.