Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
28.1.2017

Folklor Studiyası azsaylı xalqların tarixi və adət-ənənələri ilə bağlı silsilə filmlər çəkəcək

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu əsasən folklor nümunələrinin toplanılması, tərtibi və araşdırılması ilə məşğul olur.

   Bununla yanaşı, Azərbaycan folklor nümunələrinin tanıdılması və təbliği də institutun məqsəd və vəzifələri sırasına daxildir. Bu məqsədlə institutun nəzdində fəaliyyət göstərən Folklor Studiyasının xətti ilə Azərbaycan xalq musiqisinin ayrı-ayrı sahələrini əks etdirən xüsusi albom-disklər buraxılır. Bu materiallar institutda folklor fondunun əsaslı şəkildə qurulması üçün çox vacibdir. Studiyanın rəhbəri, musiqi sahəsində 20 illik təcrübəsi olan Mahir İbrahimov AZƏRTAC-a müsahibəsində bildirib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə 2016-cı ilin iyulunda studiyada bərpa-təmir işlərinə başlanılıb, studiyada müəyyən avadanlıqlar quraşdırılıb. Folklor Studiyası görülən işlər nəticəsində müasir görkəm alıb. İstər iki ton zalı, istər montaj otağı, istərsə də məşq-çəkiliş (xromokey) zalı ən son avadanlıqlarla təchiz olunub. Studiyanın rejissoru Qasım Nağıyev, operatoru Əlisəftər Məmmədov, səs rejissoru İffət Əsgərov, səs texniki isə Ramin Abdullayevdir.

   Studiyanın qısa müddətdə gördüyü işlərdən danışan M.İbrahimov Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” ansamblının 20 mahnıdan ibarət iki albomunun (audio CD) buraxılmasını studiyanın gördüyü son işlərdən biri hesab edir. Onun sözlərinə görə, bunun ardınca AMEA-nın “Keçmişimizi unutmayaq!” layihəsi çərçivəsində “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarından seçmələr əsasında albom buraxılıb. “Quba yəhudiləri” etnoqrafik sənədli filmi (33 dəqiqəlik) də studiyanın gördüyü uğurlu işlərdəndir. Burada Azərbaycanın qədim milli rəqslərindən ibarət rəqs proqramı da hazırlanıb. Hazırda “İrs” ansamblı ilə yeni layihə üzərində işlər gedir.

   Gələcək planlardan söz açan M.İbrahimov bildirib ki, studiyada iki hissədən ibarət layihə çərçivəsində Azərbaycanda yaşayan azsaylı xalqların tarixi və adət-ənənələri haqqında, o cümlədən xalqımızın həyat tərzinə çevrilən multikultural dəyərlərlə bağlı silsilə filmlər çəkiləcək. Bundan əlavə, “İrs” ansamblının repertuarı ilə regionlarda konsertlər təşkil etmək nəzərdə tutulub.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.