Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.1.2017

Folklor İnstitutunda 20 Yanvar şəhidləri anılıb

Yanvarın 19-da AMEA Folklor İnstitutunda 20 Yanvar facəsinə həsr olunmuş anım tədbiri keçirilib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir: “O dövrdə keçmiş SSRİ miqyasında, o cümlədən Azərbaycanda milli azadlıq hərəkatı başlanmışdı. Azərbaycanın düşdüyü vəziyyət Soverlər Birliyinin digər respublikaları ilə müqayisədə daha ağır idi. Ona görə ki, bizim ərazimizin parçalanmaq, bölünmək, itirilmək təhlükəsi vardı. 20 Yanvar hadisələrinin baş verməsinin başlıca siyasi motivlərindən biri o göstərilirdi ki, guya Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi erməniləri bizdən xilas etmək istəyirmiş. Guya burda ermənilər qətlə yetirilir, hüquqları tapdanırmış. Hamıya bəllidir ki, burada Vətənin bütövlüyü və müstəqilliyi uğrunda mübarizənin qabağını almaq istəyirdilər. Həmin gün, televiziyanın enerji bloku partladılmışdı, Qorbaçovun fövqəladə vəziyyət elan etməsindən xalqın xəbəri yox idi. Fövqəladə vəziyyət radio ilə elan ediləndə artıq gecə xeyli insan öldürülmüşdü. Bu, həm hüzn günüdür, həm də qəhrəmanlıq səhifəsidir”. M.Kazımoğlu-İmanov çıxışında həm də dövlət səviyyəsində 20 Yanvar hadisələrinə qiymət verildiyini, şəhidlərinin xatirəsinin əbədiləşdirildiyini, onların ailələrinə xüsusi təqaüdlərin və sosial yardımların ayrıldığını bildirib.


Sonra çıxış edən İnstitutun “Xarici əlaqələr” bölməsinin müdiri Əli Şamil 20 Yanvar faciəsi ilə bağlı insanların yaddaşında olan xatirələrin folklor nümunəsi kimi toplanması və nəşri məsələlərindən danışıb.
“Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d. Füzuli Bayat da çıxışında dində, ədəbiyyatda və folklorda şəhidlik anlayışından və bu mövzuda elmi-tədqiqat işinin aparılması zərurətindən bəhs edib.
Fil.ü.e.d., şair İslam Sadıq 20 Yanvar gecəsi şahidi olduğu hadisələrdən, eləcə də o dövrdə bu mövzuda mətbuatda çap etdirdiyi yazıların hansı çətinliklərlə başa gəlməsindən danışıb, şəhidlərə həsr olunmuş poemasından bir hissə oxuyub.
Fil.ü.f.d., şair Nizami Muradoğlu da faciə ilə bağlı təəssüratlarını bölüşüb, bu mövzuda yazdığı şeirini oxuyub. Tədbirdə fil.ü.f.d. Oruc Əliyev, fil.ü.f.d. Rza Xəlilov, fil.ü.f.d. Qiymət Məhərrəmli də çıxış ediblər.
Sonda AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov anım tədbirini yekunlaşdırıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.