Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
13.10.2016

“ŞƏKİ FOLKLOR ÖRNƏKLƏRİ” KİTABININ III CİLDİ

AMEA Folklor İnstitutunda bölgə folkloruna dair daha bir kitab – “Şəki folklor örnəkləri” (III cild) nəşr olunub. Kitab Şəkinin Göynük mahalından toplanmış folklor mətnlərini əhatə edir. Bu cild bölgələrimizdən toplanıb çap olunmuş kitablar arasında bütöv bir rayona yox, mahala həsr olunmuş ikinci kitabdır (Bu silsilədən birinci kitab: “Şəki folklor örnəkləri”. II kitab. Bakı, 2014). Bölgələrimizdən toplanmış digər kitablar kimi bu kitabın da özünəməxsus cəhətləri var.
Kitab “Mifoloji mətn, əfsanə və rəvayətlər” bölməsi ilə başlayır. Bu bölməyə salınmış materialların əksəriyyəti dini mövzulu mətnlərdir.
Nağıl və lətifələr kitabdakı mətnlərin arasında üstünlük təşkil edir. Nağılların arasında sehrli nağılların və kontaminasiya (süjet içində süjet) hadisəsinin çox az olması müasir dövrdə bölgədə nağıl söyləmə ənənəsinin yavaşyavaş zəiflədiyini göstərir. Kitabdakı nağılların böyük bir qismini dini, eləcə də qismətlə, bəxtlə bağlı deyilmiş nağıllar təşkil edir.
“Lətifələr” bölməsinə Molla Nəsrəddin, Bəhlul Danəndə kimi ənənəvi lətifə qəhrəmanları ilə yanaşı müasir dövr Göynük baməzələrinin adına söylənilən lətifələr də daxil edilib. Bu bölməyə bir neçə “yalan” da salınıb. Bu mətnlər artıq nəinki Şəkidə, Göynük kəndlərində, eləcə də bütün Azərbaycanda unudulmaq üzrədir. Həmin mətnlərdən aydın olur ki, Göynükdə ən məşhur “yalançı” Dıvoolu Yunus olub.
Kitabın daha bir özəlliyi də burada oyunlarla yanaşı, oyuncaqlar haqqında da bilginin verilməsidir. Bu bilgilər araşdırıcılar və oxucularda keçmiş oyuncaqlar haqqında müəyyən təsəvvür yaratdığı üçün qiymətlidir.
Tərtibə daxil edilmiş materialların bir qismini də “Deyimlər” təşkil edir. Atalar sözləri, məsəllər kimi, deyimləri də toplamaq uzun zaman, diqqət və hövsələ tələb edir.
Kitaba salınmış materialların bir özəlliyi də onların Göynük şivəsində verilməsidir.
Söyləyici paspotlaşdırılmasında mətnlərin toplanma tarixləri də qeyd edilib.
Kitabın sonuna “Dialektoloji sözlük” də əlavə olunub.
Materialların toplayıcısı və kitabın tərtibçisi fil.ü.f.d., dos. Ləman Vaqifqızıdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.