Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
7.10.2016

FOLKLOR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ XOCA ƏHMƏD YƏSƏVİ SİMPOZİUMUNDA İŞTİRAK EDİBLƏR


   İstanbul şəhərində Türk Ocaqları İstanbul şöbəsinin təşəbbüsü, Uluslararası Türk Akademiyasi, İstanbul Universiteti və Qazaxıstandakı Abay adına Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə "Keçmişdən günümüzə Xoca Əhməd Yəsəvi" Beynəlxalq Simpoziumu keçirilmişdir. Simpoziumda müxtəlif ölkələrdən gəlmiş 130-a yaxın elm adamı iştirak etmişdir.

   Simpozium iştirakçılarının sayına görə azərbaycanlı alimlər Türkiyə Cümhuriyyətindən sonrakı yerdə dururdu. Toplantının açılışında Azərbaycan nümayəndə heyəti adından Azərbaycan Yazıçılar Birliyinin sədri və Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı Anar çıxış edərək simpoziumun iştirakçılarını salamlamış, Əhməd Yəsəvinin Türk mənəvi dünyasındakı yerindən söz açmışdır.

   Simpoziumun bölmə iclaslarında AMEA Folklor İnstitutunun əməkdaşlarından dosent Aynur Cəlilova "Əhməd Yəsəvi və Azərbaycan xalq ədəbiyyatında sufilik", Əli Şamil "Xoca Əhməd Yəsəvinin öyrənilməsinin qadağan edilməsinin və onu araşdıranların güllələnməsinin səbəbləri", Aynur Qəzənfərqızı "Əhməd Yəsəvi düşüncələrinin Dağıstanda yayılmasında Yaxsay mədrəsəsinin önəmi", AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Nəzakət Məmmədli “Əhməd Yəsəvinin “Divan-i hikmət” əsərində Quran və hədislər”, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, dosent Səadət Şıxıyeva “Azərbaycan ədəbi fikir tarixi və yəsəvilik”, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı dosent Almaz Binnətova “Əlişir Nəvainin “Nəsaim ul-məhəbbət” təzkirəsində Xoca Əhməd Yəsəvi izləri” , Naxçıvan Dövlət Universitetinin müəllimi, dosent Əbülfəz Əzimli “Əhməd Yəsəvi təsəvvüfündə divanəlik və onun bəşəri tutumları”, Şimali Kıprısdakı Doğu Akdeniz Unversitetinin müəllimi professor Vüqar Sultanzadə “Əhməd Yəsəvinin fəlsəfəsi haqqında”, Rusiyadakı Peterburq Universitetinin dosenti Akif Fərzəliyev “St. Peterburq Dövlət Universiteti şərqşqnaslıq fakültəsi kitabxanasında mühafizə edilən Əhməd Yəsəvinin əlyazmaları” mövzusunda məruzə etmişlər.

   Simpozium boyunca paralel olaraq 3 salonda 28 toplantı keçirilmişdir.
"Keçmişdən günümüzə Xoca Əhməd Yəsəvi" Beynəlxalq Simpoziumu öz işini 24-26 oktyabr 2016-cı ildə Qazaxstanın Almatı şəhərində davam etdirəcəkdir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.