Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
23.5.2016

“AZƏRBAYCAN FOLKLORU VƏ MƏDƏNİ MÜXTƏLİFLİK” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

 

    AMEA Folklor İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu birlikdə 19-20 may 2016-cı il tarixində Zaqatala şəhərində “Azərbaycan folkloru və mədəni müxtəliflik” mövzusunda beynəlxalq elmi-praktiki konfrans təşkil etmişdir. Konfrans Azərbaycan Respublikası Prezidentinin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına əsasən keçirilmişdir. Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirin təşkilinə Zaqatala Rayon İcra Hakimiyyəti dəstək vermişdir.

    Konfrans öncəsi iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, şimal-qərb bölgəsinin folklor kollektivlərinin çıxışlarını izləmiş, xalq yaradıcılığı nümunələri sərgisi ilə tanış olmuşlar.

    Konfransın plenar iclasında Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək Azərbaycanın dövlət siyasətində multikulturalizm, onun tarixi-mədəni əsasları, folklorda multikultural dəyərlər, eləcə də keçirilən konfransın əhəmiyyətindən danışmışlar. Sonra konfrans öz işini “Etnoslararası dialoq və uzlaşmada ənənəvi dəyərlərin rolu”, “Azərbaycan folklorunun etnik-lokal rəngarəngliyi”, “Multikultural zəmində əlaqə və münasibətlər: folklor turizmi”, “Azərbaycan folklorunda fərqli mədəniyyət elementləri: tarixi və etnik aspektlər”, “Azərbaycan folklorunda dini tolerantlıq” kimi bölmələrdə davam etdirmişdir.

    Azərbaycandan müxtəlif icra strukturlarının, elm, mədəniyyət və təhsil qurumlarının (Azərbaycan Respublikasının Milllətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Xidməti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Folklor İnstitutu, Etnoqrafiya və Arxeologiya İnstitutu və Tarix İnstitutu, Bilik Fondu, “Orayin” Udi Mədəniyyəti Mərkəzi və s.) təmsil olunduğu tədbirin proqramına Türkiyə, İran və Çexiyadan da nümayəndələr olmaqla 40-dan artıq məruzə daxil edilmişdir.

    Maraqlı və aktual mövzularda çoxsaylı məruzələrin dinlənildiyi bölmə iclasları bitdikdən sonra, yekun iclası keçirilmiş və konfrans öz işini tamamlamışdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.