Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
28.3.2016

Abşeron yarımadasının folklor nümunələri

    Mövzu, janr, süjet quruluşu, obrazlar sistemi, ideya və s. baxımdan Azərbaycan folklorşünaslığının tərkib hissəsi olan Bakı-Abşeron yarımadasının folklor nümunələri son illər AMEA-nın alim-mütəxəssisləri tərəfindən tədqiqata cəlb olunub. Oxucularda və araşdırıcılarda böyük maraq doğuran bu folklor nümunələrinin bir hissəsi “Bakı folklor nümunələri-1” kitabında ilyarım bundan öncə işıq üzü görmüşdür.

    Folklor nümunələrinin ikinci hissəsi - “Bakı folklor örnəkləri” isə “Elm və təhsil” nəşriyyatı tərəfindən buraxılmışdır. Tədqiqata ilk dəfə cəlb olunan Abşeron yarımadası folklorunun toplanması və nəşrinin layihə rəhbəri AMEA-nın müxbir üzvü, filologiya elmləri  doktoru Muxtar Kazımoğlu, tərtibçilər filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov və Afaq  Ramazanovadır. Birinci kitabda olduğu kimi, ikinci kitabın hazırlanmasında da arxiv və fondlarda, köhnə jurnal və kitab səhifələrində yer almış materiallar bir araya gətirilərək sistemləşdirilmişdir. Bunun üçün  Azərbaycan dövri mətbuatının böyük bir hissəsi səhifə-səhifə izlənilmiş, XIX əsrdən üzü bəri qəzet və jurnallar, elmi-kütləvi nəşrlər ciddi şəkildə araşdırılmışdır.  Materiallardan da göründüyü kimi, son 150 ildə Abşeron yarımadası xalq təsərrüfatının, xüsusilə neft-qaz sənayesinin inkişafının nəticəsi olaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin qaynayıb-qarışdığı yer olmuşdur. Bəzi siyasi, iqtisadi və sosial səbəblərdən Bakıya edilən kütləvi köçlər regionun folkloruna əlavə rənglər qatmış, yeni mövzu və məzmunla zənginləşdirmişdir. Bu proses indi də davam edir.

    Kitabın “Qeyd və izahlar” bölümündə görkəmli dilçi-alim M. Şirəliyevin Bakı dialekti ilə bağlı topladığı materiallar, Bakı-Abşeron folklorunun tanınmış  tədqiqatçısı, tarix üzrə elmlər doktoru Təvəkkül Səlimov-Şağaninin toplamaları geniş yer tutur. “Bulaqlar” bölümündə milli folklorumuzun bir çox janrları - atalar sözləri, tapmacalar, bayatılar və nağıllar zənginliyi ilə diqqət çəkir. Burada Bakı-Abşeron folklorunun fədakar araşdırıcısı Ə.Tahirovun topladığı nümunələr Azərbaycan  nağıllarının ən gözəl və xarakterik örnəklərini təşkil edir.

    İctimai rəydə və gənc tədqiqatçılar tərəfindən maraqla qarşılanan “Bakı folklor örnəkləri”nin elmi redaktoru tarix üzrə elmlər doktoru Təvəkkül Səlimov-Şağanidir.

Rəhman SALMANLI,
“Azərbaycan” qəzeti, 18 mart 2016-cı il.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.