Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
24.2.2016

Yeni Azərbaycan Partiyası Folklor İnstitutu ilk təşkilatının təsis yığıncağı keçirilib

    Fevralın 24-də Yeni Azərbaycan Partiyası Folklor İnstitutu ilk təşkilatının təsis yığıncağı keçirilib. Tədbirdə Folklor İnstitutu üzrə YAP üzvləri iştirak ediblər.

    Tədbiri giriş sözüylə AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov açıb, bildirib ki, o, İctimai Televiziyanın Yayım Şurasının üzvü olduğuna görə heç bir partiyanın sırasında ola bilməz. O, yığıncaq iştirakçılarına uğurlar arzulayıb.

    Sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, onun məramnanaməsi və nizamnaməsi haqqında ətraflı məlumat verib. Eləcə də o, ölkəmizin gündən-günə inkişaf etməsindən, bu prosesdə Yeni Azərbaycan Partiyasının mühüm rolundan danışıb.

    YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri, fil.ü.f.d. Xədicə İsgəndərli Folklor İnstitutu üzrə Yeni Azərbaycan Partiyası üzvləri haqqında bilgi verib. Bildirilib ki, indiyə kimi AMEA Folklor İnstititunda 20 nəfər YAP üzvü olub, indi isə 40 nəfər YAP sıralarına daxil olur.

    Yığıncaqda Yeni Azərbaycan Partiyası Folklor İnstitutu ilk təşkilatının İdarə Heyətinin yaradılması haqqında qərar qəbul edilib.

    Fil.ü.f.d. Oruc Əliyev, fl.ü.f.d. Əziz Ələkbərli, fl.ü.f.d. Nizami Muradoğlu, fl.ü.f.d. Qalib Sayılov, fl.ü.f.d. Aynur Babək, fl.ü.b.d. Nübar Həkimova, Raya Cəfərova İdarə Heyətinin üzləri seçiliblər.

    F.ü.b.d. Nübar Həkimova Yeni Azərbaycan Partiyası Folklor İnstitutu ilk təşkilatının sədri, fl.ü.f.d. Əziz Ələkbərli isə sədrin müavini seçiliblər.

    Təsis yığıncağında YAP Yasamal rayon təşkilatı sədrinin müavini, akademik Qərib Məmmədov da iştirak edib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.