Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
8.1.2016

Əməkdaşlarımızın kitabları

“Azərbaycan folklorşünasları (1920-1950)”

    Fil.ü. e.d., prof. Cəlal Qasımovun “Azərbaycan folklorşünasları (1920-1950)” (Bakı, Elm, 2015, 456 səh) kitabı işıq üzü görüb.

    Tədqiqatda 1920-1950-ci illərin elmi mühiti, xüsusən də Azərbaycan folklorşünaslarının repressiv və totalitar rejim şəraitində göstərdiyi fədakarlıqlar faktlar və sənədlər əsasında öyrənilib. Kitabda ayrı-ayrı folklorşünaslarla bağlı ilk dəfə aşkara çıxarılan arxiv materialları Azər­bay­can folk­lorşünaslıq elminin tarixini, onun diqqətdən kə­narda qalmış bir çox məsələlərini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir.

    Əsər bu sahədə çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Kitabın elmi redaktoru AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, rəyçilər fil.ü. e.d., prof. Kamran Əliyev, fil.ü. e.d. Seyfəddin Rzasoydur.

  ***

“Azərbaycan folklorunda şaman-qəhrəman arxetipi”

    Fil.ü. e.d. Seyfəddin Rzasoyun “ Azərbaycan folklorunda şaman-qəhrəman arxetipi (“Əsli-Kərəm” və “Dədə Qorqud”)” (Bakı, Elm və Təhsil. 2015, 341 səh.) kitabı işıq üzü görüb. Kitabda Azərbaycan /Oğuz/ Türk etnokosmik düşüncəsinin əsas struktur modellərin­dən olan Şaman/Qəhrəman arxetipi “Əsli-Kərəm” və “Kitabi-Dədə Qorqud” dastanının ikinci boyu əsasında bərpa olunub. Təhlil istisnasız olaraq mətn informasiyası üzərində aparılıb, mətnin verdiyi ritual-mifoloji informasiya kosmoloji düşüncənin arxetip, formul və sxemlərini indiki səviyyəsində rekonstruksiya etməyə imkan verib. Şaman/Qəhrəman invariantının Qazan/Uruz/Kərəm... paradiqmaları əsasında buradakı bərpası və bunun tədqiqatda əldə olunan nəzəri-metodoloji təcrübəsi Oğuz-Türk mifologiyasının Azərbaycan folklor materiyası əsasında bərpası üçün geniş imkanlar açır .

    Kitabın ekspert-rəyçisi prof. Ramazan Qafarlı, elmi redaktorları fil.ü.f.d. Hikmət Quliyev, fil.ü.f.d. Səfa Qarayev, rəyçilər dos. Şakir Albalıyev, fil.ü.f.d. Emin Ağayevdir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.