Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
09.12.2022

Folklor İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

09 dekabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA Folkor İnstitutunun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov açıb, gündəlikdə olan məsələlər barədə məlumat verib.
Gündəlikdəki ilk məsələ AMEA Folklor İnstitutunun 2022-ci ildəki elmi-tədqiqat və elmi-təşkilati fəaliyyəti barədə olub.
Akademik vurğulayıb ki, 2022-ci ildə də AMEA Folklor İnstitutu bir neçə istiqamətdə fəaliyyət göstərib, qeyri-maddi mədəni irsin toplanılması, arxivləşdirilməsi, nəşri, tədqiq olunması, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi təşkilatçılıq və s. sahələrdə nailiyyətlər əldə edib.


Sonra İnstitutun icraçı direktoru fil.ü.f.d, dos. Afaq Ramazanova AMEA Folklor İnstitutunun 2022-ci ildəki elmi-tədqiqat və elmi-təşkilati fəaliyyəti barədə hesabatı səsləndirib. Hesabat Azərbaycan Respublikası Prezidentinin sərəncamları, Nazirlər Kabinetinin qərarları, dövlət proqramlarının icrası, elmi-tədqiqat planları, xarici əlaqələr, elmi nəşrlər, AMEA-nın müvafiq qərar və sərəncamlarının icrası, elmi tədbirlər, kadr hazırlığı, işğaldan azad olunmuş ərazilərin folklorunun öyrənilməsi istiqamətində fəaliyyət, əməkdaşların ictimai fəaliyyəti və s. məsələləri əhatə edib. Xüsusi qeyd olunub ki, 2022-ci ildə Folklor İnstitutu 5 beynəlxalq, 5 respublika əhəmiyyətli konfrans, 2 elmi sessiya, 2 anım tədbiri, 4 ədəbi-bədii tədbir təşkil edib ki, onların da əksəriyyəti “Şuşa İli”və ölkə Prezidentinin uyğun Sərəncamlarının icrası ilə bağlı olub.


On beş cildlik “Cənubi Azərbaycan Folkloru” toplusunun bu il çap edilmiş XIII, XIV, XV cildləri (icraçı: Cənubi Azərbaycan folkloru şöbəsi, kollektiv) və “Sosial-psixoloji komplekslərin folklorda proyeksiyası: metaforik düşüncə və simvolik məna” tədqiqat işi (icraçı: Mifologiya şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Səfa Qarayev) ilin mühüm nailiyyətləri kimi qeyd edilib.
Hesabat dinlənildikdən sonra Şura üzvləri çıxış edərək təklif və münasibətlərini bildiriblər. Hesabat yekdilliklə qəbul olunub.
İclasda AMEA-nın müşaviri akademik Möhsün Nağısoylu və AMEA Rəyasət Heyəti aparatının Ümumi şöbəsinin müdiri Əsmər Əliyeva müşahidəçi qismində iştirak ediblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.