Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
23.11.2022

Folklor İnstitutunda “Mirzə Fətəli Axundzadə yaradıcılığında folklor motivləri və mifologizm” mövzusunda elmi konfrans keçirilib

22 noyabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə “Mirzə Fətəli Axundzadə yaradıcılığında folklor motivləri və mifologizm” mövzusunda elmi konfrans keçirilib. Konfransı institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov giriş nitqi ilə açıb. Akademik çıxışı zamanı M.F.Axundzadəni böyük maarifçi, filosof, Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələnin əsasını qoymuş dramaturq, öz yaradıcılığında şərq və qərb mədəniyyətini birləşdirən dahi sənətkar kimi xarakterizə edib. Alim həmçinin M.F.Axundzadə yaradıcılığında folklor və mif elementləri baradə də danışıb, məsələnin müxtəlif aspektlərinə toxunub. Bildirib ki, realist ədəbiyyatın nümayəndəsi olan M.F.Axundzadə həm də xalq şeiri üslubunda, sadə və anlaşıqlı dildə yazdığı şeirlərilə diqqəti cəlb edir. Onun komediyaları isə xalq dramları ilə daha çox səsləşir. M.F.Axundzadəyə məxsus əsərlərdə nikbinlik duyğusunun mövcudluğu, qəhrəmanın özünü bir fərd olaraq kollektiv içində hiss etməsi motivi də öz başlanğıcını xalq ədəbiyyatından götürür. M.F.Axundzadə xalqın dünyagörüşündən, mifoloji düşüncə tərzindən gələn detallardan parodiya mövzusu kimi istifadə etməklə bir maarifçi sənətkar kimi öz məqsədinə nail olmuşdur.


Akademikin giriş nitqindən sonra açılış toplantısının məruzələri dinlənilib. İlk olaraq fil.e.d., dos. Leyla Məmmədova “Folklor motivləri Mirzə Fətəli Axundzadə müasirliyinin meyarı kimi” adlı məruzə ilə çıxış edib. L.Məmmədova məruzəsində nəzərə çatdırıb ki, M.F.Axundzadə dramaturgiyasında digər folklor janrları kimi, alqış, qarğış, söyüş, hədə, yalvarış, and, xeyir-dua və s. paremilərdən geniş şəkildə yararlanılıb. M.F.Axundzadə atalar sözü və məsəlləri, lətifələr epizodlarını komediyalarında müxtəlif formalarda işlədərək əsərlərinin təsir gücünü artırıb.

Plenar iclasda fil.ü.f.d., dos. Ağaverdi Xəlilin “Mirzə Fətəli Axundzadənin komediyalarında milli kimlik və mədəni institut” adlı məruzəsi də dinlənilib. O, M.F.Axundzadənin Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixindəki önəmli yer və rol aldığına diqqət çəkib, onun yaradıcılığında milli kimlik dəyərlərinin təcəssümündən bəhs edib. Sonda A.Xəlil M.F.Axundzadənin ədəbi irsinin folklorla və ənənəvi mədəniyyətlə əlaqəli şəkildə öyrənilməsinin vacibliyini vurğulayıb.


Tədbirdə AMEA Folklor İnstitutunun icraçı direktoru, fil.ü.f.d., dos. Afaq Ramazanova da söz alaraq bildirib ki, dahi şəxsiyyət hesab olunan M.F.Axundzadə Azərbaycan ədəbiyyatında realist tənqidin banisi kimi həmişə anılası ədiblərimizdəndir. Onun əsərləri, konkret olaraq komediyaları bizim məişətimizlə də bağlı olduğu üçün hər zaman aktuallığını qoruyub saxlayacaqdır.


Açılış toplantısından sonra “Mirzə Fətəli Axundzadə yaradıcılığında folklor motivləri və mifologizm” mövzusunda elmi konfrans öz işini iki bölmədə davam etdirib.
I bölmənin iclasında fil.ü.f.d. Əpoş Vəliyev “Mirzə Fətəli Axundzadə yaradıcılığında xalq hikməti”, fil.ü.f.d. Gülnar Osmanova “Mirzə Fətəli Axundzadənin dram əsərlərində mifoloji elementlər”, fil.ü.f.d. Gülsümxanım Hasilova “Mirzə Fətəli Axundzadə dramaturgiyasında folklorizm” adlı məruzələrlə çıxış ediblər.


II bölmənin iclasında isə fil.ü.f.d., dos. Atif İslamzadə “Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” əsərində folklor spesifikası”, fil.ü.f.d., dos. Sevinc Əliyeva “Mirzə Fətəli Axundzadə xalq ədəbiyyatının yazılı ədəbiyyatla əlaqəsini təmin edən sənətkar kimi”, fil.ü.f.d. Xəyalə Ağayeva “Mirzə Fətəli Axundzadə yaradıcılığında və xalq nağıllarımızda xəsis obrazı”, elmi işçi Aygül Qurbanova “Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərində şaman və şaman mərasimi” mövzusunda çıxış ediblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.