Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
16.11.2022

Folklor İnstitutunda “Hüseyn Cavid və mifoloji düşüncə” mövzusunda elmi konfrans keçirilib

15 noyabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda böyük Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə “Hüseyn Cavid və mifoloji düşüncə” mövzusunda elmi konfrans keçirilib.
Konfransı institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov giriş nitqi ilə açıb. Akademik ilk öncə H.Cavidin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin 24 sentyabr 2022-ci il tarixində imzaladığı sərəncamın əhəmiyyətini vurğulayıb, bu sərəncamla bağlı olaraq Mədəniyyət Nazirliyi və AMEA xəttilə ölkədə və ölkə xaricində silsilə yubiley tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb. Daha sonra H.Cavidin sənətkarlığından danışan M.Kazımoğlu-İmanov onu Azərbaycan romantizminin nümayəndəsi olduğuna görə mifoloji düşüncəyə geniş yer ayıran, gercəkliklə müqayisədə idealı daha çox ön plana çəkən sənətkar kimi dəyərləndirib: “Əgər sənətkar idealı ön plana şəkirsə, o istər-istəməz tarixi mövzulara, mif, əfsanə, rəvayət başda olmaqla bir çox folklor janrlarına və motivlərinə müraciət edir. H.Cavid öz qəhrəmanının daxili ziddiyyətini, daxili təbəddülatını əks etdirmək üçün çox böyük məharətlə mifoloji süjetlərdən, mistik obraz və səhnələrdən istifadə edib”. H.Cavid yaradıcılığında mifoloji düşüncədən qaynaqlanan iki obrazın – İblis və Mələk obrazlarının daha çox diqqəti cəlb etdiyini vurğulayan akademikin fikrincə, bu obrazlar özünü iki səviyyədə göstərir. Birinci halda H.Cavidin müxtəlif əsərlərində sözügedən obrazların yalnız adı çəkilir, ikinci halda isə – əsasən onun dramaturgiyasında Mələk və İblis obrazları süjet xəttində yer alır. Bir çox əsərlərində bu obrazlara birbaşa olmasa da, dolayı yolla müraciət edən H.Cavid məhz müharibə dəhşətlərini iblisanə bir əməl kimi təqdim edir. Akademik çıxışı zamanı ədəbiyyatşünaslıqda İblisin yalnız şərin simvolu kimi təqdim olunması məsələsinə də toxunub. M.Kazımoğlu-İnamov bildirib ki, İblis, dini-mifoloji təsəvvürlərə görə, oddan törəmiş bir obraz olduğu üçün H.Cavid yaradıcılığında yalnız zülmətin simvolu sayıla bilməzdi. Bunun semantik kökündə işıq anlayışı olduğuna görə H.Cavid işıq anlayışından iki cür istifadə edib; birincisi, nuri-həqiqət, yəni ilahinin bizə göndərdiyi işıq, ikincisi isə müharibələrin od-alovu kimi düşünüb: “İki alov arasında poetik axtarışlar aparan sənətkar bizə təlqin edir ki, İblis yalnız şər və zülmət rəmzi deyil, həm də insanların qəlbinə şübhə toxumu səpən, onları hərəkətə gətirən, silkələyən bir qüvvədir”.
M.Kazımoğlu-İmanov çıxışının sonunda bir daha H.Cavidi mifoloji obrazlardan, folklorla bağlı motivlərdən özünün konsepsiyasına uyğun şəkildə istifadə edən böyük mütəfəkkir kimi dəyərləndirib.


Akademikin giriş nitqindən sonra açılış toplantısının məruzələri dinlənilib. Fil.ü.f.d., dos. Elçin Qaliboğlu “İblis obrazı: mifoloji-dini şüurda və yazılı ədəbiyyatda (H.Cavidin “İblis” pyesi əsasında)” adlı məruzəsində Azərbaycan folklorunda İblis (Şeytan) obrazı ilə bağlı məqamlara diqqət çəkib. Dini şüurdakı İblis obrazının şəxsində oda yanaşmadan fərqli olaraq Azərbaycan folklorunda od motivinə münasibətin özünəməxsus (odun insan mənəviyyatını ifadə etməsi, daxili təmizləyicilik xüsusiyyəti) olduğu, bunun Azərbaycan milli dəyərlərində əsas xətt kimi özünü göstərdiyi vurğulanıb. E.Qaliboğlu “İblis”əsərinin bənzərsiz cəhətləri haqqında danışıb, dünya ədəbiyyatının incilərindən biri olduğunu bildirib.

Fil.ü.f.d., dos. Atif İslamzadə isə “Hüseyn Cavid yaradıcılığında folklor motivləri ictimai məfkurə kimi” mövzusunda məruzə edib. O, oz çıxışı zamanı bildirib ki, milli və bəşəri mövzuları özündə cəmləyən ictimai məfkurə H.Cavid yaradıcılığında diqqət çəkir. Ədibin ictimai məfkurəni folklor motivlərindən istifadə edərək cəmiyyətin nəzərinə çatdırdığını vurğulayan məruzəçinin fikirlərinə görə, bu məsələ “İblis” və “Şeyx Sənan” pyeslərində özünü qabarıq şəkildə göstərir. Belə ki, demonizmin xalq arasında xtonik qüvvələri ifadə edən təcəssümü adı çəkilən əsərlərə mövzu olmuşdur.
İnstitutun icracı direktoru fil.ü.f.d., dos. Afaq Ramazanova da söz alaraq bildirib ki, böyük yaradıcılıq irsinə malik H.Cavid o ədiblərdəndir ki, Azərbaycan ədəbiyyatının zirvəsinə yüksələ bilib. Hətta o, repressiya qurbanı olmasaydı, çoxlu sayda böyük əsərlər yarada bilərdi.


Açılış toplantısından sonra “Hüseyn Cavid və mifoloji düşüncə” mövzusunda elmi konfrans öz işini iki bölmədə davam etdirib. Bölmə iclaslarında H.Cavid yaradıcılığına həsr olunmuş on məruzə (fil.ü.f. d., dos. Sevinc Əliyeva “Hüseyn Cavidin dramaturgiyasında folklorun bədii-estetik yeri”, fil.ü.f.d. Şəbnəm Məmmədova “Hüseyn Cavid yaradıcılığında romantizm və folklor”, fil.ü.f.d. Qiymət Məhərrəmli “Hüseyn Cavid romantizmi: mifin poetikası”, fil.ü.f.d. Xəyalə Ağayeva “Folklor motivləri Hüseyn Cavid yaradıcılığında”, fil.ü.f.d. Gülnar Osmanova “Hüseyn Cavidin “İblis” əsərində mifoloji düşüncə və ümumbəşəri ideya”, fil.ü.f.d. Əpoş Vəliyev “Hüseyn Cavid və xalq yaradıcılığı”, Sevda Qasımova “Hüseyn Cavid irsi professor Cəlal Qasımovun tədqiqatlarında”, Aygül Qurbanova “Azərbaycan folklorunda şeytanla bağlı mətnlər və Hüseyn Cavidin “İblis” konsepsiyası”, Tahirə Vəliyeva “Hüseyn Cavid yaradıcılığında ana obrazı”, Səadət İbrahimli “Əbədiyaşarlığın ünvanı – Hüseyn Cavid”) dinlənilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.