Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
18.10.2022

Folklor İnstitutunda “Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” adlı seminar keçirilib

17 oktyabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda “Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” adlı seminar təşkil olunub. Seminarda Alternativ psixologiya elmi istiqamətinin müəllifi, tibbi biologiya elmləri doktoru, professor, Oksford Universitetinin akademiki, dünyanın aparıcı ölkələrindən olan ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Avropa ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvü olmaqla, həmçinin bu ilin avqust ayında Beynəlxalq Sistemologiya Akademiyasının üzvü seçilmiş Yaşar Saday oğlu İbadovun eyni adlı məruzəsi dinlənilib.


Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov məlumat üçün bildirib ki, professor Y.İbadov Alternativ psixologiya elminin müəllifidir. Müasir dövrdə multidissiplianar istiqamətdə elm sahələri çox inkişaf edir və böyük kəşflər müxtəlif elmlərin çarpazlaşmasında – kəsişməsində mümkün olur. Bu gün dünyanın ən müxtəlif sahələrində çalışan alimlərin fəaliyyəti multidissiplinar istiqamətdə diqqəti daha çox cəlb edir. Bu mənada Alternativ psixologiya elminin mədəniyyət, etnoqrafiya, psixologiya ilə yanaşı, bizim sahə ilə – folklorla da birbaşa əlaqəsi var. Elmin ayrı-ayrı sahələri ilə bağlı olması bizim diqqətimizi cəlb elədiyi üçün Yaşar müəllimin məruzəsinə qulaq asmagı, onu dinləməyi qərarlaşdırdıq. Çünki sonrakı mərhələlərdə bu sahə ilə necə əlaqə qura biləcəyimizi yəqinləşdirmək xüsusi əhəmiyyət daşıya bilər.


Sonra söz professor Y. İbadova verilib. O, nümayiş etdirdiyi video - slaydın müşayiəti ilə öz çıxışına başlayıb. Bildirib ki, 1999-cu ildə ilk elmi monoqrafiyasını – “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji- psixoloji testlər”ini dərc edib ki, həmin əsərində də rəssamlıq tarixində yeni bir janrda çəkdiyi şəkillərdən istifadə olunmuşdur. Bu şəkillər qələmi kağızdan ayırmadan çəkilən qrafik təsvirlərdən və kompozisiyalardan ibarətdir.
Məruzəçi daha sonra diqqətə çatdırıb ki, 3 mart 2003-cü ildə Moskva şəhərində yeni yaratdığı Alternativ psixologiya elminin müəllif şəhadətnaməsini almışdır. Həmin elmin təqdimatı Azərbaycanda da elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Şüurun məhsulu kimi formalaşmış bu elm insana müasir elmlərin alternativ prizmasından baxışda ən şüurlu seçimə əsas verir, cəmiyyətdə layiqli yer tutmaqda və yaranmış problemlərin həllində ona kömək edir. Alimin sözlərinə görə, Alternativ psixolgiya elmi səhiyyədə, ümumi psixologiyada, fəlsəfədə, pedaqogikada, incəsənətdə, dilçilikdə, etnoqrafiyada, həmçinin foklorda və mədəniyyət tariximizin öyrənilməsində öz tətbiqini tapmışdır. Vurğulanan fikirlərə görə, Alternativ psixologiya hər bir xalqın daşıdığı yaradıcılıq enerjisinin məhsullarını öyrənərək, müasir elmlərin çərçivəsində özünəməxsus alternativ yanaşma xüsusiyyətlərinə uyğun inteqrasiya xəttində yeni tədqiqatlar aparmağa şərait yaradır.


Daha sonra professor Y.İbadov Dədə Qorquddan soraq verən “Faza Portretlər” adlı monoqrafiyasını və “Dədə Qorqud Alternativ psixologiya elminin gözü ilə” kitablarını təqdim edib. Tanınmış alim dörd dildə nəşr etdirdiyi II kitabında Dədə Qorqudun şəxsiyyəti ilə bağlı yeni tədqiqatların olması haqda kifayət qədər məlumat verib.
Məruzəçi bildirib ki, Alternativ psixologiya elminin metodologiyası ilə çəkilmiş şəkil – yazı, faza portretlər sırasında tarixi şəxiyyətlər də var: “Buna misal olaraq “Kitabi- Dədə Qorqud”un 1300 illik yubileyi ərəfəsində çəkilmiş Dədə Qorqudun 3 faza sistemini göstərə bilərik. Həmin faza portretlər əsasında Dədə Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatlar açıqlanmış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir daha təsdiqlənmişdir. Bu faktlar respublikanın tanınmış qorqudşünas alimləri və elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb, bu barədə rəsmi şəkildə rəylər verilib”.


Sadalanan bu və digər elmi naliyyətləri həm respublikmızda, həm də dünyanın aparıcı ölkələrində yüksək mükafatlara layiq görülən Y.İbadovun məruzəsi və seminar üçün hazırlanmış video-prezentasiya materialı böyük maraq və məmnunluqla izlənilib.
Daha sonra AMEA Folklor İnstititunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmlər doktoru Ramazan Qafarlı söz alaraq bildirib ki, Y İbadovun orijinal dəsti-xətti olan elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda da uğurla təqdim olunub. O, Dədə Qorqudun faza portretinin yaradıcısı kimi elmdə yeni bir istiqamətin açılmasına xidmət edir. Tədbirdə qonaq qismində iştirak edən respublikanın əməkdar müəllimi, ADPU-nin EMT:Tətbiqi tədqiqatlar bölməsinin elmi işçisi Zülfiyyə Vəliyeva da tanınmış alim Y. İbadovun irəli sürdüyü metodologiya ilə bağlı fikirlərini bölüşüb.
Seminarın sonunda qonağa Folklor İnstitutunun bəzi nəşrləri və disklər hədiyyə edilib, xatirə şəkilləri çəkilib.
Y.İbadovun elmi nailiyyətləri haqqında daha dolğun materialı aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:

https://youtu.be/Hg6fasEKKJc

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.