Əməkdaşımız İctimai TV-də Od çərşənbəsindən bəhs edib
Mart ayının 1-də AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d.,dos. Ağaverdi Xəlil İctimai Televiziyanın "Sabahın xeyir, Azərbaycan!" verilişinin qonağı olub. Verilişdə Od çərşənbəsinin mifoloji kökləri və keçdiyi tarixi inkişaf yolundan bəhs olunub. Od çərşənbəsi türk xalqlarının mövsüm mərasimləri kontekstində izah edilib. Azərbaycanın bölgələrində yaşayan ilaxır çərşənbələrin xüsusiyyətləri aydınlaşdırılıb. Mərasim folklorunun, adət və ənənələrimizin, xalq inanclarının xalqımızın qeyri-maddi mədəni irs nümunələri olaraq qorunmasının vacibliyi diqqətə çatdırılıb. |