Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
25.02.2022

Folklor İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

24 fevral 2022-ci il tarixində AMEA Folklor İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov iclasda çıxış edərək, 26 fevral 1992-ci ildə Xocalıda baş verən hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, böyük qətliam kimi xarakterizə edib. Akademik bildirib ki, biz bu qətliamın bütün dünyada soyqırım kimi tanınmasına çalışmışıq və bir çox ölkələrdə buna nail olmuşuq. Biz bu hadisələrdən nəticə çıxarıb mübarizə aparmağı, irəliyə baxmağı hökmən bacarmalıyıq. M.Kazımoğlu-İmanov fikirlərinə onu da əlavə edib ki, Azərbaycan dövləti 44 günlük Vətən savaşında qazandığı zəfərlə bizə qarşı cinayət törədənlərin dərsini verib. Akademik çıxışı zamanı azərbaycanlıların müstəqillik uğrunda keçmiş SSRİ-də ən çox mücadilə verən xalqlardan biri olduğunu da nəzərə çatdırıb.


Sonra söz tədbirdə qonaq qismində iştirak edən Xocalı sakini, vaxtilə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Cinayət - Axtariş İdarəsinin rəisi işləmiş, təqaüddə olan polkovnik Akif Hüseynova verilib. Tədbirə dəvət üçün institut rəhbərliyinə təşəkkürünü bildirən A.Hüseynov bildirib ki, bizim üçün nə qədər ağrılı da olsa bu haqda danışmalıyıq ki, gələcək nəsillər bu hadisələrdən ibrət alsın. A.Hüseynov Xocalı qətliamının şahidi kimi öz gözləri ilə gördüyü hadisələr barədə ətraflı məlumat verib. Qarabağ hadisələri, bədnam qonşularımızın törətdiyi murdar əməllərdən bəhs edən A.Hüseynov Xocalı sakinlərinin, əsasən, Qaraqaya dağında qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 1992-ci ilin 29 yanvarında Xocalıya təşkil olunan hücumda şəhərin mühasirədən çıxarılmasında bilavasitə iştirak etdiyini və əməliyyatın uğurlu keçdiyini xatırladan qonaq bundan sonra Xocalının xilas olunması ilə bağlı o dövrdəki rəhbərlik tərəfindən heç bir cəhdin göstərilmədiyini təəssüf hissi ilə qeyd edib. A.Hüseynov bildirib ki, Xocalının mühasirədən çıxarılması Qarabağ döyüşlərinin dönüş nöqtəsi ola bilərdi. Fikirlərinə davam edən qonaq o müdhiş gecədə günahı yalnız azərbaycanlı olmaqda olan və öz ata-baba yurdunu tərk etmək istəməyən insanların çəkdikləri ağlasığmaz əzab-əziyyətlərdən kədərlə bəhs edib. A.Hüseynov Xocalı soyqırımında qətl edilənlərin üz və bədən hissələrində ağlasızmaz vəhşiliklərin törədildiyini böyük ürək yanğısı ilə nəzərə çatdırıb. Söhbət əsnasında A.Hüseynov dogma qardaşı – Xocalı özünümüdafiə taborunun yaradıcılarından biri olan, "Mixaylo" adı ilə tanınan Milli Qəhrəmanımız şəhid mayor Tofiq Hüseynovun döyüş yoluna da işıq salıb. Qonaq çıxışının sonunda 44 günlük müharibədə qisasımızın böyük bir hissəsinin bədnam qonşularımızdan alındığını diqqətə çatdıraraq bu qələbələrin memarı olan cənab Ali Baş Komandana təşəkkürünü bildirib, bütün şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.
Sonra İnstitutun Folklor studiyasının sözügedən soyqırımla bağlı hazırladığı “Xocalı fəryadı” adlı filmə baxış olub.


Qısametrajlı filmin nümayişindən sonra Folklor İnstitutunun əməkdaşı, şair-jurnalist Mahir Cavadlı söz alaraq Xocalı faciəsinin XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durduğunu qeyd edib. Avropanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı tədbirlərdə iştirakını diqqətə çatdıran M.Cavadlı erməni terroru və Xocalı faciəsinə dair təxminən 25 000-dən çox disk və kitabların paylanmasında, 9 dildə hazırlanmış kitabların dünyanın bir çox ölkələrinə və kitabxanalarına çatdırılmasında şəxsən iştirak etdiyini vurğulayıb. O dövrün hadisələrinə nəzər salan şair-jurnalist çıxışı zamanı onu da bildirib ki, Ulu Öndər H.Əliyev hakimiyyətə gəldikdən sonra 1993-cü ildə ilk verdiyi qərar Xocalı faciəsinin anımı ilə bağlı olub. Faciənin miqyasının böyüklüyünün, eləcə də forma, məzmun və mahiyyətinin dünyaya çatdırılmasının vacibliyini qeyd edən M.Cavadlı çıxışının sonunda təbliğatın gücləndirilməsi istiqamətində hər kəsi əlindən gələni əsirgəməməyə çağırıb.


Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d. Elçin Qaliboğlu isə çıxışı zamanı bildirib ki, Xocalı qırğını – erməninin şəxsində insan yırtıcılığıdır. Xocalı qırğını – xalqımızın örnəyində bəşərin faciəsidir. Xocalı faciəsində erməninin yırtıcılığı, qaniçənliyi, amansızlığı, xalqımıza qarşı sonsuz nifrəti üzə çıxdı, erməniliyin nədən ibarət olduğunu bütünlüklə göstərdi. Ermənilər indi də Xocalıda törətdiyi yırtıcılığa qəhrəmanlıq kimi baxırlar. Ancaq bu, onlar üçün heç vaxt bəraət imkanı olmayan dəhşətli üzqaralığı, bəşəri cinayətdir.


İnstitut əməkdaşlarından Aydın Mustafayev isə çıxışı zamanı Qarabağ hadisələrinin təsadüfən ortaya çıxmadığına diqqət çəkib. Məruzəçi bildirib ki, burada əsas məqsəd Sovet İmperiyasının çökdüyü ərazilərdə və bölgələrdə öz mövqeyinin qorunması idi. O dövrdəki hakimiyyətin zəifliyini nəzərə çatdıran A.Mustafayev əməli addım atmaqda da heç bir cəhdin göstərilmədiyini, 1988-ci ildən başlayan hadisələrin 1991-ci ilin avqust ayında daha da şiddətləndiyini və aktiv fazaya keçdiyini vurğulayıb. O dövrdə sakini olduğu Ağdərənin Qarvənd kəndinin tam blokada şəraitində olduğunu xatırladan A.Mustafayev əhalinin öz şəxsi büdcəsi hesabına müəyyən qədər silahlandığını vurğulayaraq, gündəlik hücumlardan, verilən şəhidlərdən bəhs edib, Məruzəçi bildirib ki, Qarvənd, Dağlıq Qarabağda işğal olunan ilk kənd olub və Xocalıya uzanan faciənin başlanğıcı da məhz bu kənddən başlayır. A.Mustafayev bu barədə heç bir faktın mətbuatda öz əksini tapmadığını da təəssüf hissi ilə bildirib.


İclası yekunlaşdıran akademik Muxtar Kazımoğlu-İmanov qonağa və məruzəçilərə məzmunlu çıxışlar üçün təşəkkürünü bildirib. O, hər kəsi öz səngərində qisası yerdə qoymamaq, torpaqlarımızı son qarışına qədər geri almaq və Xankəndində bayrağımızı ucaltmaq amalı ilə yaşamağa səsləyib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.