Əməkdaşımız AzTV-nin "Telesəhər" verilişində qonaq olub
22.02.2022-ci il tarixində AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev AzTV kanalında "Telesəhər" verilişinin qonağı olub. Əməkdaşımız Su çərşənbəsi ilə bağlı adət-ənənələr, atalar sözləri, inanclar, alqışlardan, icra edilən su fallarından danışıb. Ə.Vəliyev söhbət zamanı Su çərşənbəsindən sonra görüləcək işlərdən, suyun insan həyatındakı, yaradılışdakı vacib ünsür olmasından da bəhs edib.