Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
04.12.2021

Güney Azərbaycan folklor örnəklərinin tədqiqatçıları bir arada...

Türkiyənin İnönü Universiteti və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “İran Azərbaycanında Sözlü Kültür (Güney Azerbaycan Folkloru)” mövzusunda baş tutan layihə çərçivəsində müxtəlif türkdilli ölkələrin elm adamlarının iştirakı ilə onlayn seminar keçirilb. Adından da göründüyü kimi, tədbirdə əsas məqsəd Azərbaycanımızın, bütövlükdə Türk Dünyamızın ayrılmaz, önəmli parçası olan Güney Azərbaycan türklərinin nəsildən-nəsilə ötürülərək, dildə-ağızda yaşadılan “sözlü kültür”ünün – ağız ədəbiyyatı (folklor) nümunələrinin toplanması, tədqiqata cəlb olunması, təbliği və elmi-ədəbi-mədəni əlaqələrin inkişafı məsələlərinin müzakirəsi idi.
Tədbirin təşkilatçısı İnönü Universiteti Türk dili və ədəbiyyatı fakültəsi, Türk Xalq Ədəbiyyatı ixtisası şöbəsinin müdiri Dr. Gülcan Kızılözən xanım seminarı açaraq, Türk dünyasının müxtəlif elmi müəssisələrindən qatılan elm adamlarını salamlayıb. Güney Azərbaycan folklor örnəklərinin toplanması, tədqiqi və nəşri sahəsində bugünədək görülən işlər barədə məlumat verən Dr.Gülcan Kızılözən şəxsən özünün dəfələrlə araşdırma və toplama işləri ilə bağlı Güney Azərbaycanın müxtəlif bölgələrində olduğundan, apardığı tədqiqatlardan danışıb. Türkiyənin bir çox elmi müəssisələrində çalışan tədqiqatçı-alimlərin bu sahədə pərakəndə şəkildə fəaliyyət göstərdiklərini vurğulayan tədqiqatçı, işlərin daha uğurlu nəticələr verməsi üçün birgə, əlaqəli əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.

Gülcan xanım AMEA Folklor İnstitutunda bu sahədə önəmli işlər görüldüyünü, daha uğurlu nəticələrə nail olmaq üçün “Cənubi Azərbaycan folkloru” adlı ayrıca şöbə yaradıldığını da diqqətə çatdırıb. Şöbənin gördüyü işlərə yüksək dəyər verən Gülcan xanım bu barədə ətraflı məlumat vermək üçün seminarın məruzəçisi, şöbə müdiri, fil.ü.f.d.,dos. Mətanət Abbasovaya söz verib. Məruzəçi M. Abbasova şöbənin yaradıldığı elə də uzun olmayan müddət ərzində görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, bugünədək Güney folkloru ilə bağlı, toplama, transliterasiya və dinləmə materialları əsasında on iki cildlik folklor nümunələrindən və Təbriz folklor örnəklərindən ibarət kitablar nəşr edilərək oxucuların ixtiyarına verilib. “Təbii ki, Güneyimizin ayrı-ayrı yerlərində toplama işi aparmaq asanlıqla mümkün deyil, çünki mövcud rejimin qadağaları bu işi istənilən şəkildə aparmağa ciddi maneələr törədir. Buna baxmayaraq, əlimizdə olan çap materialları, səsli fayllar, kitab və dərgilər, söyləyicilərlə canlı və onlayn görüşmələrimiz nəticəsində bu sahədə əhəmiyyətli nəticələr əldə etmişik. Dastanlar, nağıllar, mərasim folkloru nümunələri, rəvayətlər, tapmaca, bayatı və s. folklor nümunələrinin müxtəlif variantlarını əldə edib sistemləşdirməklə, transliterasiya etməklə bu cür möhtəşəm işin öhdəsindən gələ bilmişik. Lakin məlumdur ki, əməkdaşlarımızın folklor qaynaqlarımızın, milli-mənəvi irs xəzinəmizin heç işlənmədiyi sahələrə ezam olunmaqla tədqiqatlar aparmasına imkan yaranarsa, daha önəmli, orijinal kitablar çap edə, möhtəşəm işlər görə, mərasimlərlə bağlı festivallar təşkil edə, elmi konfranslar keçirə bilərik. Buna isə, ölkələrimiz arasında elmi-ədəbi-mədəni əlaqələrin dövlət səviyyəsində möhkəmlənməsi sayəsində nail olmaq mümkündür. Biz bu arzumuzun tezliklə reallaşacağına əminik...” – deyən Mətanət Abbasova, eyni zamanda, problemin həlli istiqamətində önəmli işlərin görülməsinin vacibliyi məsələsini birgə əməkdaşlığın – həm Azərbaycan, həm Türkiyə, həm də digər türkdilli ölkələrin elm adamlarının diqqətdə saxlamasının vacibliyini vurğulayıb.

Məruzə ilə əlaqədar çıxışlara qatılan tədqiqatçı-alim Mühittin bəy Güney Azərbaycan folklor örnəkləri toplamaq və tədqiq işləri ilə bağlı İrana etdiyi səfərlərdən danışıb, əldə etdiyi materiallar barədə məlumat verib. M.Abbasovaya mövzu ətrafında suallar verərək, bu sahədə türkiyəli və güneyli alimlərlə hansı dərəcədə əlaqələr qurulduğu ilə maraqlanıb. Mətanət Abbasova bu sahədə mövcud olan tədqiqat əsərləri və onların müəllifləri ilə mümkün qədər geniş əlaqələr və bu əlaqələrin getdikcə möhkəmləndirilməsi yönündə addımlar atıldığını vurğulayıb.
Seminar iştirakçılarından Prof. Dr. Ramilya Yıldırım, Prof. Dr. Neslihan Durak, Prof. Dr. Tekin İzgi, Prof. Dr. Teymuraz Abbasov, fil.ü.f.d. Qiymət Məhərrəmli də mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışlar zamanı günümüzün ən başlıca məsələlərindən olan Güney Azərbaycan folklor örnəklərinin toplanması, tədqiqi və nəşri probleminin ümumtürk kontekstində həllinin vacibliyi xüsusi vurğulanıb.
Sonda Dr. Gülcan Kızılözən seminarın məruzəçisi Mətanət Abbasovaya və bütün iştirakçılara təşəkkür edərək, birgə və səmərəli əməkdaşlıq sahəsində elm adamlarına daha böyük uğurlar arzulayıb.

Qiymət Məhərrəmli,
AMEA Folklor İnstitutu Cənubi Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.