Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
16.11.2021

“Dədə Qorqud” jurnalının 73-cü sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 73-cü sayı çapdan çıxıb. Bu sayda da maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, arxiv materialları əsasında üzə çıxarılmış folklor örnəkləri və başqa yazılar yer alıb.
Filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar beş rubrikada toplanıb. “Elm xadimlərimiz” bölməsində filologiya elmləri doktoru Ramazan Qafarlının professor Seyfəddin Rzasoyun 60 illlik yubileyi münasibəti ilə qələmə aldığı “Seyfəddin Rzasoy-60. 60 illik ömrün töhfələri” başlıqlı yazısı dərc edilib.
Jurnalın “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya elmləri doktoru Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud” eposunda od arxetipinin semantik strukturu”, filologiya elmləri doktoru, professor Ramil Əliyevin “Dastan strukturunda degenerativ zaman”, AMEA Folklor İnstitutunun dissertantı Nigar Zeynalovanın “Dədə Qorqud obrazının esxatoloji semantikası” məqalələri dərc edilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində isə filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavəri, filologiya üzrə fəlsəfə dokotoru, dosent Hikmət Quliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Müasir təlim texnologiyalarının tətbiqində folklordan istifadənin nəzəri aspektləri”, filologiya elmləri doktoru İslam Sadığın “Almas İldırım yaradıcılığında folklor motivləri”, filologiya elmləri doktoru Nizami Muradoğlunun “Azərbaycan poeziyasında Vətən sevgisi və şəhidlik ənənələrinin formalaşmasında folklorun rolu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Ramazan bayramı və orucluq mənəvi kamilləşmə modelləri kimi”, filologiya elmləri doktoru, professor Tina Şioşvili və Alkazar Kaşiyanın “Gürcü folklorunda və “Koroğlu” dastanının gürcü versiyasının acar variantında yuxu funksiyası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin (ATTC) yaradılması və fəaliyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Ermənilərin saxtalaşdırdığı: Azərbaycan xalq rəqsləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanovanın “Saxur və ingiloylarda dambur ifaçılığı”, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlunun “Aşıq Ələsgər yaradıcılığında dağ obrazı”, Dr.Öğ.Üyesi Rüstəm Mürsəloğlunun “Xalq oyunları – Azərbaycan teatrının kökləri kimi”, AMEA Folklor İnstitutunun doktorantları Elnarə Əmirlinin “Əfsanələrin janr xüsusiyyətləri (Mövcud nəzəri fikir və Azərbaycan mətnləri əsasında)”, Afaq Qasıımovanın “Qaçaq Nəbi” dastanında erməni şovinizminin izləri” və Xalidə Məmmədovanın “Xınalıq folkloru “Kəndimizin səmti qibləyə baxır” məqalələri oxucuların ixtiyarına verilib.
“Dədə Qorqud” jurnalının “Azərbaycan folklorundan yeni nümunələr” bölməsində “Xınalıqdan toplanmış folklor örnəkləri” ilə, “Arxivlərdən” bölməsində isə filologiya elmləri doktoru Ramazan Qafarlının arxiv materialları əsasında çapa hazırladığı “Dərbənd şəhərinin 1900-cü illərdəki toy adətləri” və Aydın Məmmədovun rus dilindən tərcümə etdiyi “Nuxa qəzasından (indiki Şəki) toplanan nağıllar”la tanış olmaq mümkündür.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.