Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
12.11.2021

Əməkdaşımız Qarabağla bağlı uluslararası konfransda çıxış edib

Noyabrın 10-da AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlu 2. Karabağ Uluslararası Sosyal ve Beşeri Bilimlerde Modern Araştırmalar Kongresi "Zafer Günü ve Şehitlerin Anısına" (8-10 Kasım 2021/ Karabağ, Azerbaycan) adlı onlayn tədbirdə “Qarabağ bölgəsi əfsanələrinin təsnifi və ideya-məzmun xüsusiyyətləri” mövzusunda çıxış edib.
Çıxışda vurğulanıb ki, Azərbaycan folkloru qədim olduğu dərəcədə də zəngin ənənələrə malikdir. Qədimlik və zənginliyin kökü əcdadlarımızın bu torpaqların əzəli sakinləri olması ilə bağlıdır. Torpağın Yurd, Vətən səviyyəsində dəyərləndirilməsi, müqəddəsləşdirilməsi şübhəsiz, minillərə dayanır. Dünyaya, həyata fobik, həm də heyran münasibət əcdad düşüncəsinin inkişafinda qarışıqlıq, ziddiyyətlər yaratsa da, əslində bu, irəliyə doğru yönün yaranması idi. İlkin düşüncədəki fitri mifik duyum istər-istəməz çağımızın idraki duyumu, dərk prinsipləri ilə müqayisədə bəsit təsəvvürlərə əsaslansa da, bu səviyyə daxilən zənginləşir, fərdi fitri duyum ulusal dərketmənin işartılarından soraq verirdi.
Xalq (ulus) mahiyyətlə bağlıdır, deməli, ölmür, itmir. Azərbaycan folklorunun qədimliyindən danışırıqsa, ilk növbədə ağlımızda onun variantlığı canlanır. Deməli, bu və ya başqa folklor janrına məxsus motiv yayğındır ki, ona Azərbaycanın müxtəlif bölgələrində rast gəlinir.
Ulus (xalq) olaraq varıq, ulusal ruhumuzun qoruyucusuyuq. Əgər Qarabağ bölgəsindən toplanan folklor örnəkləri ümumtürk, ümumAzərbaycan folklorunun soraqlarını özündə qoruyub saxlayırsa, təkcə bu fakt bölgənin qeyd-şərtsiz tarixən Azərbaycan-türk torpağı olması deməkdir.
Folklor sorağı, örnəyi danılmaz faktdır, danışan dildir, ruhdur. Yalnız folklor ruhunu canlı yaşayan onu ifadə edə bilər. Ermənilərin (hayların) azı yüz ildir Azərbaycan folklorundan oğurladıqlarının aydınca bilinməsi ortadadır. Ermənilərin “tanınmışları” özləri bunu etiraf ediblər. Mənəvi soraqlarımızın, folklor örnəklərimizin qorunmasına qarşı ən etibarlı sipərimiz hər birimizin folklor ruhumuzun qoruyucusu və inkişafetdiricisi olmağımızdır.
Müxtəlif illərdə Qarabağ bölgəsindən toplanan folklor örnəkləri içərisində əfsanələr ayrıca yer tutur.
Qarabağ əfsanələrinin təsnifinə gəlincə, əsasən ümumAzərbaycan folklorunda rast gəldiyimiz əfsanə motivlərini, variantlarını burada da görürük. Məqalədə AMEA Folklor İnstitutunun Azərbaycan Folkoru Antologiyasına daxil olan “Qarabağ folkloru” (5-ci cild) və “Qarabağ: folklor da bir tarixdir” 10 cildliyində nəşr olunmuş əfsanə mətnləri təhlil olunub.
Müxtəlif illərdə Qarabağ bölgəsindən toplanan folklor örnəkləri içərisində əfsanələr ayrıca yer tutur. Ümumən Azərbaycan folklorundakı əfsanələrin variantlığına, çoxsaylı motivlərinə burada rast gəlirik.
Əfsanələrin ideya-məzmun xüsusiyyətlərinə gəlincə, xalqın ruhundan gələn, mahiyyətcə həm də bəşəriliyi təsdiq edən mətnlər xeyirə insani, rəğbətli, şərə isə nifrətli, hiddətli münasibət çalarlarını özündə daşıyır. Azərbaycan insanının ulusal əxlaqdan gələn Vətənçilik, Yurd müqəddəsliyi duyğusu həmişə öndədir. Təbiətə, təbiətdəkilərə insani münasibət o dərəcədə yüksəkdir ki, əcdad düşüncəsində ruhuna doğma saydığına (ya da saydıqlarına) çevrilmə doğma, təbii sayılır.
30 illik ayrılıqdan sonra yenidən bölgəyə qayıtmaqda olan soydaşlarımız ölməyən ruh yaddaşının gücüylə həm əzəli, əbədi torpaqlarımıza nəfəs verəcəklər, həm də başlıcası, mənəvi mədəniyyətimizin yeni səviyyədə inkişafı üçün çalışacaqlar. Folkor ruhumuz isə bu qayıdışın qədimlik üstə ifadəçisi olacaq.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.