Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
21.07.2021

Azərbaycanlı elm adamları Türkiyədə “II Maarif” Konqresində iştirak edib

2021-ci il iyul ayının 13-18-i tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Cümhuriyyətin “Türk Eğitim-Sen”təşkilatının və YUNESKO Türkiyə Milli Komissiyasının dəstəyi ile II Maarif Kongresi öz işinə başladı. Məlumdur ki, 15 iyul 1921-ci ildə Mustafa Kamal Atatürkün də qatıldığı və Türkiyənin hər yerindən gələn insanların iştirakı ilə Ankarada I Maarif Konqresi keçirilmişdi. Bir əsrdən sonra baş tutan II Maarif Konqresinin keçirilməsində əsas məqsəd bundan sonrakı dövrdə Türk təhsili, Türk elm həyatı və Türk dövləti üçün insan resurslarının keyfiyyətini artırmaq, təhsil sahəsində yeni bir yol xəritəsinin müəyyənləşdirilməsi idi.

II Maarif Konqresinin açılış iclası hazırda “Türkiyə Cümhuriyyət Muzeyi” kimi fəaliyyət göstərən II TBMM-nin Baş Məclis Salonunda keçirildi. Açılış iclasına “Türk Eğitim-Sen”təşkilatının Genel Başqanı Talip Geylan, “Türkiyə Kamu-Sen”təşkilatının Genel Başqanı Önder Kahveci, Türkiyənin Milli Təhsil Naziri Prof. Dr. Ziya Selçuk, İlksan İdarə heyəti Başqanı Tuncer Yılmaz, Türkav İdarə heyəti Başqanı Ebubekir Korkmaz, Türk Haber-Sen Başqanı Yücel Kazancıoğlu, Türk Neqliyyat-Sen İdarə heyəti Başqanı Mustafa Nurullah Albayrak, Türk Enerji-Sen Başqanı Mustafa Tümer, Türk Diyanet Vəqfi-Sen Başqanı Nuri Ünal, Türk Yerli Xidmet-Sen Başqanı Mustafa Yorulmaz, Türk Maarif-Sen-in Mərkəz Müdirləri, çoxlu sayda akademiklər, elm adamları, müəllim və pedaqoqlar, eləcə də bir sıra xarici ölkələrdən gəlmiş nümayəndələr də iştirak edirdilər.


II Maarif Konqresi son illərdə Türkiyə Cümhuriyyətində keçirilən ən böyük tədbirlərdən biri idi. Konqresin açılış iclası M.K.Atatürkün xatirəsini bir dəqiqəlik sükut ilə anmaqla və İstiqlal Marşının oxunmasıyla başladı. Daha sonra kürsüyə dəvət edilən Türk Təhsil-Sen Başqanı Talip Geylan Konqresin açılış nitqini söylədi. Ondan sonra Türkiyə Milli Təhsil Naziri Prof. Dr. Ziya Selçuk Konqresin açılış oturumunda geniş və əhatəli bir çıxış etdi. Milli Təhsil Naziri Ziya Selçukun çıxışından sonra nazir və konqres iştirakçıları II Parlament binasının qarşısında xatirə şəkli çəkdirdi. Bundan sonra II Maarif Konqresinin iştirakçıları M.K.Atatürkün əbədi uyuduğu “Anıt Kabır” məzarlığını ziyarət edib, onun məzarına əklil və gül dəstələri qoydular.

II Maarif Konqresi dəvət alanlar arasında Azərbaycandan 3 nəfər - AMEA Folklor İnstitutunun “Müasir Folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, AMEA Rəyasət Heyətinin “İctimaiyyətlə əlaqələr və informasiya” şöbəsinin Analitik informasiya sektorunun aparıcı mütəxəssisi Aqil Məhərrəmov və AMEA Folklor İnstitutunun “Türk xalqları folkloru” şöbəsinin əməkdaşı Vaqif Orucov da vardı.
Altı gün davam edən II Maarif Konqresində ölkə daxilindən, xarici ölkələrdən, eləcə də Azərbaycandan qatılan elm adamlarının və tədqiqatçıların 300-ə yaxın məruzəsi dinlənilib. II Maarif Konqresində Azərbaycandan dəvət edilən elm adamları: filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Eski Türklerde-Hunlar ve Göytürklerde eğitim-terbiye meseleleri”, Aqil Məhərrəmov “Qurani-Kerimde öğretme ve öğrenme konuları”, Vaqif Orucov isə “Azerbaycan Demokratik Cümhuriyyeti döneminde Türkiye-Azerbaycan eğitim ilişikleri” adlı məruzələrlə çıxış etmişlər.

 








Tahir ORUCOV
AMEA Folklor İnstitutu,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
email: [email protected]

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.