Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.06.2021

"Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar" konfransı keçirilib

17-19 iyun 2021-ci il tarixlərində “Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar” konfransı keçirilib. AMEA Folklor İnstitutu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Qafqazşünaslıq İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Mərkəzi Elmi Kitabxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyə Cümhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan konfransı AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi Böyük qayıdış planı çərçivəsində AMEA-nın aparacağı elmi-tədqiqat işləri və fəaliyyət proqramı barədə məlumat verib. Akademik çıxışı zamanı 15 iyunda Azərbaycan və Türkiyə ölkə başçıları tərəfindən imzalanan Şuşa bəyannaməsinə, onun əhəmiyyətinə diqqət çəkib. İsa Həbibbəyli çıxışının sonunda bu tip tədbirlərin əhəmiyyətini vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb.


AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov isə çıxışı zamanı bildirib ki, bu konfrans çox əlamətdar günlərdə keçirilir. Şuşa bəyannaməsinin təkcə siyasi, iqtisadi, hərbi sahələrdə deyil, eləcə də elm, mədəniyyət, təhsil sahələri ilə bağlı çox qiymətli maddələri var. Bu maddələrdən ikisi mədəniyyətin təbliği və inkişafı ilə bağlıdır. Alim bildirib ki, biz Azərbaycanda, xüsusən Qarabağda mədəniyyət abidələrinin hifz edilməsi və qorunması sahəsində tədbirlər görməliyik və bu tədbirləri davamlı şəkildə həyata keçirməliyik. Qarabağ mədəniyyətini öyrənmək və onu dünyada tanıtmaq əsas amacımız olmalıdır. Akademik çıxışının sonunda qeyd edib ki, bu konfrans elmi, iqtisadi, hərbi, eləcə də bütün sahələrdə əl-qolumuzun açılmasında, mühüm perspektiv vəzifələrin irəli sürülməsində böyük əhəmiyyət daşıyır.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova isə çıxışı zamanı bildirib ki, konfrans çox aktual və önəmli bir məsələyə ⸺ Qarabağa həsr olunub. Qarabağ mövzusunda belə tədbirlərin keçirilməsinə böyük ehtiyac var, çünki məhz bu cür konfranslarda məsələlər həll olunur və irəliyə addımlar atılır.
Sonra söz alan AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı çıxış edərək bildirib ki, torpaqlarımız müzəffər Ali Baş komandan cənab prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən azad edildikdən sonra ilk dəfə beynəlxalq konfransı qalib dövlət kimi keçiririk və bu konfrans elm sahəsindəki müxtəlif problemlərin həllində ciddi rol oynayacaq.


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu da çıxışı zamanı bildirib ki, biz hamımız tarixi, qəlbimizdə qürur hissi doğuran günlər yaşayırıq. Konfransın da belə bir günə təsadüf etməsi bizim sevincimizi ikiqat artırır. Akademik AMEA-nın Dilçilik İnstitutunda Qarabağla bağlı görülmüş işlərdən, eləcə də beşcildlik Azərbaycan dilinin “Qarabağ dialektoloji atlası”nın hazırlanmasından bəhs edib. O qeyd edib ki, təmsil etdiyi institut “Qarabağ dialektoloji lüğəti”ni və “Qarabağ dialekti” monoqrafiyasını da hazırlayıb təhvil verəcək.
Sonra söz alan Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova konfransın mövzüsunun aktuallığından bəhs edərək çox səmərəli və faydalı müzakirələrin olacağına əminliyini ifadə edib.


Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Dr. Mustafa Lətif Əmək çıxış edərək konfransda yer alan məruzələrin böyük əhəmiyyətini vurğulayıb və bu konfransın mövzusunun Qarabağ olmasının təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün də qürurverici olduğunu diqqətə çatdırıb.
Daha sonra AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı çıxış edərək saysız-hesabsız minaların basdırılması və böyük təhlükənin olması səbəbi ilə bu konfransın Qarabağda ⸺ Şuşada keçirilməməsinə təəssüfünü ifadə edib. Buna baxmayaraq o, 44 günlük müharibədə Azərbaycan ordusunun ölkə Prezidentinin rəhbərliyi ilə erməni işğalçıları üzərində qələbəsindən sonra dünya siyasətində Azərbaycana münasibətdə xeyli müsbət dəyişikliklər baş verdiyini, xaricdən bu konfransa maraq göstərən insanların sayının coxluğunun da bunun bir göstəricisi olduğunu vurğulayıb.


AMEA Folklor İnstitutunun dosenti, millət vəkili Əziz Ələkbərli isə çıxışı zamanı bildirib ki, artıq doqquz aya yaxın müddətdir ki, Azərbaycan öz tarixinin və taleyinin ən şərəfli bir dövrünü yaşayır və bu tarixi müzəffər Ali Baş komandan, cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan ordusu, Azərbaycan əsgəri və Azərbaycan xalqı yazıb. Millət vəkili bu tarixin bu gün də yazıla-yazıla davam etdiyini, tarixə qızıl hərflərlə düşəcək Şuşa bəyannaməsinin böyük hadisə olduğunu qeyd edib.
Sonra Türkiyənin Ankara Qazi Universitetinin professoru Necati Demir söz alaraq, gənc nəslin şücaəti sayəsində türk millətinin namusunun təmizləndiyini və Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olacağını bildirib.


Sonda Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin professoru Mustafa Talas çıxış edərək, türk dünyasında baş verən proseslərdə ortaq iradənin böyük rol oynadığını bildirib, güclü iradə sayəsində daha böyük uğurlara imza atılacağına əminliyini ifadə edib.
Konfransın açılış mərasiminin sonunda məruzəçilər İKSAD rəhbərliyi tərəfindən simvolik hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, üç gün davam edən “Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar” konfransında 200-dən çox məruzəçinin müxtəlif bölmələrdə məruzələri dinlənilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.