Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

FİDAN ATAKİŞİ qızı QASIMOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Folklor nəzəriyyəsi şöbəsinin müdiri

Fidan Atakişi qızı Qasımova 07 mart 1979-cu ildə Gürcüstanın Tbilisi şəhərində anadan olub. 1996-cı ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsində, 2000-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan Filialında laborant kimi başlamış, 2003-cü ildən Naxçıvan Müəllimlər İnstitutunda müəllim vəzifəsində işləmişdir. 2004-cü ildən AMEA Folklor İnstitutunda fəaliyyətə başlamışdır. Hal-hazırda AMEA Folklor İnstitutu Folklor nəzəriyyəsi şöbəsinin müdiridir.
AMEA Folklor İnstitutunda Dissertasiya şurası nəzdində elmi seminarın üzvüdür. 2008-ci ildən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) imtahan rəhbəri kimi fəaliyyət göstərir. Türkiyədə nəşr olunan beynəlxalq indeksli “Folklor Akademi” elmi jurnalının redaksiya heyətinin üzvüdür.
2012-ci ildə “Azərbaycan folklorunda mədəni qəhrəman və onun transformasiya formaları” mövzusunda dissertasiya müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, ardınca dosent elmi adı almışdır. Elmlər doktoru elmi dərəcəsi almaq üçün “Oğuz və kelt eposlarında süjet və obrazların tipologiyası” mövzusunda yazdığı dissertasiya işi yekunlaşmaq üzrədir.
F.A.Qasımovanın elmi əsərləri xarici ölkələrdə də çap edilmişdir. O, Rusiya və Türkiyədə keçirilən beynəlxalq elmi simpozium, konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.
2016-cı ildə “Uluslararası Türk Dünyası Eğitim Bilimleri ve Sosyal Bilimler” konqresində “Hoca Ahmet Yasevi Araştırmacı Ödülü”, 2018-ci ildə “Dede Korkut Başarı Ödülü”nə layiq görülmüşdür. 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə və 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA Humanitar Elmlər Bölməsi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Fil.ü.f.d.,dos. Fidan Atakişi qızı Qasımovanın elmi əsərlərinin
S İ Y A H I S I

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.