Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
01.04.2021

“Dədə Qorqud” jurnalının 71-ci sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 71-ci sayında həmişəki kimi maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər, rəylər və başqa yazılar yer alıb.
Filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar altı rubrikada toplanıb. Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində fil.e.d.Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”da mif və Azərbaycan-türk etnik-mədəni gerçəkliyi”, fil.ü.f.d.,dos.Səfa Qarayevin “Yay dartıb ox atmaq” motivi kontekstində Beyrəyin ərgənləşməsinin psixoanalitik semantikası” məqalələri dərc edilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında fil.ü.f.d.,dos. Hikmət Quliyevin “İnformasiya təhlükəsizliyi və folklor: rəqəmsal mərhələdə gizli sosial qrupların müəyyənləşdirilməsində folklorun rolu”, fil.ü.f.d.,dos. Sönməz Abbaslının “Qarabağda yas adətləri”, fil.ü.f.d.,dos. Məleykə Məmmədovanın “Azərbaycan və Anadolu folklorunda yanıltmaclar”, fil.ü.f.d.,dos. Şakir Albalıyevin “Bayramların təsnifatı məsələləri”, fil.ü.f.d. Elçin Qaliboğlunun “Cəfər Cabbarlı: xalq ruhundan güc alan həqiqət axtarışları” və digər məqalələr oxucuların ixtiyarına verilib.
Jurnalın “Azərbaycan folklor örnəkləri” rubrikasında avar folklor örnəkləri, “Türk xalqlarının folklorundan örnəklər” rubrikasında isə “Sayatla Həmra” dastanından bir hissə və fil.ü.e.d.,prof. Almaz Həsənqızının “Türkmən dastanları: “Sayatla Həmra” başlıqlı məqaləsi yer alıb.
“Dədə Qorqud” jurnalının "Yeni nəşrlər: təqdimat və rəylər” rubrikasında isə fil.e.d.,prof. Vilayət Quliyevin “Gülməyi bacarmaq – qəhrəmanlıqdır (İyirmi üç Nəsrəddinin 10001 lətifəsi. Bakı, Qanun nəşriyyatı, 2020, 544 səh. Tərcümə edəni: Vilayət Quliyev) və fil.ü.f.d.,dos. Məhəmməd Məmmədovun “Qarabağa ziyalı töhfəsi (“Nailə ananın söylədikləri (Qubadlı bölgəsi: etnoqrafiya, folklor, dil örnəkləri”. Bakı, “Elm və təhsil”, 2020, 392 səh. (Qeydə alan, tərtib edən, ön söz, lüğət, izah və qeydlərin müəllifi: Etibar Talıblı) başlıqlı maraqlı araşdırmaları ilə tanış olmaq mümkündür.
Jurnalın “İtkilərimiz” bölməsində fil.ü.f.d,dos. Tahir Orucovun “Ölüm sevinməsin qoy. Kamran İmran oğlu Əliyev (1953-2020)” və “Sadə və təvazökar insan. Ramiz Kərəm oğlu Ələkbərov (1961-2020)” başlıqlı yazıları oxucuların sərəncamına verilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.