Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
15.03.2021

AMEA Folklor İnstitutu

“NİZAMİ VƏ NƏVAİ İRSİNİN MİF VƏ FOLKLOR QAYNAQLARI”

mövzusunda Beynəlxalq Elmi Konfrans

(Bakı şəhəri, 21 iyun 2021-ci il)

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu il dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə “Nizami Gəncəvi İli” elan edilmişdir. Eyni zamanda, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 19 oktyabr 2020-ci il tarixli Sərəncamında böyük şair və mütəfəkkir Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd edilməsi haqqında müddəalar öz əksini tapmışdır. Hər iki Sərəncam ortaq türk ədəbiyyatına və klassik ədəbi-mədəni irsə verilən yüksək qiymətin təzahürüdür .

Dünya ədəbiyyatının dahi nümayəndələrindən olan Nizami Gəncəvi və Əlişir Nəvai irsinin öyrənilməsi daim tədqiqatçıların diqqət mərkəzində olub. Hər iki şair və mütəfəkkirin bədii-fəlsəfi baxışlar sistemi Şərq mədəniyyətinin, türk milli-mədəni irsinin ən parlaq nümunələri kimi həm də ümumbəşəri dəyərlər müstəvisində mühüm əhəmiyyətə malikdir.

Dünya ədəbiyyatının görkəmli simalarından olan Nizami Gəncəvi və Əlişir Nəvai bütün dövrlərdə şair və yazıçıların ilham mənbəyinə çevrilmişlər. Hər iki şairin dünya şöhrətli “Xəmsə”sinə daxil olan əsərləri öz mövzusu, elmi-fəlsəfi fikirləri ilə diqqəti cəlb edir. 

Azərbaycan tarixinə və mədəniyyətinə daim milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Məhz ulu öndərin təşəbbüsü ilə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qəbul olunmuş qərar bu sahədə yeni perspektivlər açmışdır. 1981-ci ildə Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən Nizami Gəncəvinin 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir.

Heydər Əliyev irsinin və ənənələrinin davamçısı olan İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi də silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

Özbəkistan Prezidentinin Sərəncamında qeyd edildiyi kimi, böyük şair və mütəfəkkir, görkəmli dövlət və ictimai xadim Əlişir Nəvainin misilsiz yaradıcılıq irsi özbək, həm də türk və dünya ədəbiyyatının, milli mədəniyyətinin və ədəbi-estetik dünyagörüşünün inkişafında xüsusi əhəmiyyətə malikdir. O, ölməz əsərlərində ana dilinin zənginliyindən və gözəlliyindən istifadə edərək yüksək humanizm ideallarını və ümumbəşəri dəyərləri tərənnüm etmiş, milyonlarla oxucunun dərin rəğbətini qazanmışdır. Son illər Əlişir Nəvainin nadir, çoxşaxəli yaradıcılıq irsinin dərindən öyrənilməsi, əsərlərinin Özbəkistanda və xaricdə geniş yayılması və xatirəsinin əbədiləşdirilməsi istiqamətində geniş işlər görülür. 

Yuxarıda göstərilən Sərəncamların qarşıya qoyduğu vəzifələrə uyğun olaraq AMEA Folklor İnstitutunda hər iki şairin yubileyləri şərəfinə “Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirmək planlaşdırılır. Sizi Nizami Gəncəvi və Əlişir Nəvainin zəngin bədii yaradıcılığında mif və folklor qaynaqlarının tədqiqini, hər iki sənətkarın yaradıcılığı timsalında Azərbaycan və özbək xalqlarının milli-mənəvi dəyərlərinin araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədr:

Akad. Muxtar İmanov   –    AMEA Folklor İnstitutunun direktoru

 

Elmi heyət (əlifba sırası ilə):

 

Afaq Ramazanova  Fil.ü.f.d., dos.,  AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Ağaverdi Xəlil  Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Almas Ülvi – Fil.e.d., AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri (Azərbaycan)

Ataəmi Mirzəyev – Fil.e.d., AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri  (Azərbaycan)

Cəlal Qasımov Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Elçin Abbasov  Fil.ü.f.d., dos.,   AMEA Folklor İnstitutunun elmi katibi (Azərbaycan)

Elxan Məmmədli  Fil.ü.f.d.,   AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Entela Muço Doç.Dr., Albaniya Baş Arxivlər İdarəsi Türk Əlyazmalar şöbəsinin müdiri (Albaniya)

Əfzələddin Əsgər   Fil.e.d. ,   AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Əli Şamil  AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri (Azərbaycan)

Əziz Ələkbərli Fil.e.d.,   AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi   (Azərbaycan)

Fidan Qasımova Fil.ü.f.d., dos.AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Füzuli Bayat   Fil.e.d., prof.,   AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Hamza Koç – Dr. Öğr. Üyesi, Giresun Üniversiteti Türk Dili və Ədəbiyyatı bölümü, (Türkiyə)

İlkin Rüstəmzadə  Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri  (Azərbaycan)

İslam Sadıq Fil.e.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi   (Azərbaycan)

Jabbar Esenkul – Prof.Dr., Özbəkistan Ədəbiyyat muzeyinin direktoru (Özbəkistan)

Kamil Allahyarov – Fil.e.d., prof ., Nizami Gəncəvi adını Milli Azərbaycan Ədəbiyatı Muzeyi (Azərbaycan)

Katerina Teleşun – Doç.Dr., Taras Şevçenko adına Kiyev Milli Universiteti (Ukrayna)

Mehmet Fatih Köksal – Prof.Dr., Kültür Üniversiteti, Türk Dili və Ədəbiyyatı bölümü (Türkiyə) 

Məhəmməd Rza Heyət – Dr., Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümü (İran İslam Respublikası)

Nailə Rəhimbəyli   Sən.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Nizami Məmmədov Fil.e.d., AMEA Folklor İnstitutunun baş elmi işçisi (Azərbaycan)

Nüşabə Araslı – Fil.e.d., prof ., AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri (Azərbaycan)

Ramazan Qafarlı Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri  (Azərbaycan)

Ramiz Əsgər – Fil.e.d., prof., Bakı Dövlət Universiteti (Azərbaycan)

Rza Xəlilov   Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Seyfəddin Rzasoy    Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri  (Azərbaycan)

Şerife Ağarı – Dr. Öğr. Üyesi, Karabük Üniversiteti Türk Dili və Ədəbiyyatı bölümü (Türkiyə) 
Vüsalə Musalı – Prof.Dr., Kastomonu Üniversiteti Türk Dili və Ədəbiyyatı bölümü (Türkiyə)

Katiblik:

Gülnar Osmanova – fil.ü.f.d., AMEA Folklor İnstitutunun böyük elmi işçisi (Azərbaycan)

 

MÜHÜM TARİXLƏR:

•  Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini  20 may  2021-ci   il  tarixi​nə​dək
[email protected] elektron poçt ünvanına göndərə bilərlər (Özət formasını səhifə sonundan endirə bilərsiniz).  

•  Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə  01 iyun 2021-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir. 

• Konfrans  21 iyun 2021-ci il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir.

• Məruzələrin tam mətni 10 iyul 2021-ci il tarixinə qədər təqdim edilməlidir.

 

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

•  Özətlər 150-200 sözdən ibarət olmalıdır.

•  Məqalələr e-mail ilə göndərilməlidir.

•  Yazı: Microsoft Office Word, Kağız: A4. 

•  Səhifə qaydası: Üst: 2,5, Alt: 2,5, Sağ: 2,5, Sol: 2,5 

•  Yazı puntu: Başlıq 12 şrift ölçüdə, yağlı. 

•  Məruzə: 12 şrift ölçüdə. 

•  İnterval: 1,5.

•  İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda  “Qaynaqlar”  yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra  üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar sözlər  verilməlidir.

____________________

• Məqalələr kitabda nəşr ediləcək. Kitab konfrans iştirakçılarına pulsuz paylanacaq.

• Konfrans haqqında məlumatı www.folklor.az  səhifəsindən əldə etmək olar. 

• Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir. 

•  Hər bir məruzəçi üçün maksimum 10 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir. 

•  Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.  

•  Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

Özət forması endir

 

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.