Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
06.03.2021

Folklor İnstitutunda “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda respublika elmi konfransı keçirilib

05 mart 2021-ci il tarixində AMEA Folklor İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Kamran İmran oğlu Əliyevin xatirəsinə həsr edilmiş “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda respublika elmi konfransı keçirilib. Öncə konfrans iştirakçıları mərhum alimin II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Tədbiri institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq, Kamran Əliyevin yaradıcılıq yolundan danışıb. O, Azərbaycan romantizminin Kamran Əliyevin elmi yaradıcılığında qırmızı xətt kimi keçdiyini vurğulayıb və bildirib ki, K.Əliyevin adı Azərbaycan ədəbiyyatşünaslığı tarixinə də ilk növbədə Azərbaycan romantizminin görkəmli, sayılıb-seçilən tədqiqatçılarından biri kimi həkk olunub. Akademik qeyd edib ki, K.Əliyev öz tədqiqatlarında problemlərə hər hansı bir yazıçının, hər hansı bir ədəbi cərəyanın poetik sistemindən çıxış edərək qiymət verməyə çalışıb. Bu, K.Əliyevin bütün yaradıcılığı boyu müşayiət olunan ən vacib və ən qiymətli cəhətlərdən biridir. K.Əliyev poetik sistemi ayrı-ayrı bədii ədəbiyyat nümunələrində axtardığı kimi həm də ədəbi tənqiddə və ədəbiyyatşünaslıqda axtarıb.


Daha sonra söz AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyliyə verilib. O, çıxışında K.Əliyevin romantizm və realizmlə bağlı yazdığı əsərlərə diqqət çəkib, xüsusən Cəlil Məmmədquluzadə irsinin tədqiqi ilə bağlı yazdığı məqalələri Mirzəcəlilşünaslıqda yeni hadisə kimi qiymətləndirib. Akademik qeyd edib ki, folklor və romantik ədəbiyyat mövzusu K.Əliyevin adı ilə bağlıdır. Akademik çıxışının sonunda onu da bildirib ki, K.Əliyev mükəmməl bir ədəbiyyatşünas və folklorşünas olduğu qədər həm də mükəmməl bir dilçi alim olmuşdur.


Sonra Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d., professor Cəlal Qasımovun məruzəsi dinlənilib. O, Kamran Əliyevin əsərlərində ədəbi-nəzəri təhlillərin, məsələlərə sistemli yanaşmanın üstünlük təşkil etməsindən bəhs edib, fundamentallıq, əhatəlilik və məsələlərə geniş, qlobal üfiqlərdən yanaşmanın özünü hər tərəfdən büruzə verdiyini vurğulayıb.
Sonra institutun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, fil.ü.f.d.,dos.Mətanət Abbasova məruzə ilə çıxış edib. O, Kamran Əliyevin elmi və ədəbi-bədii irsi haqqında ətraflı məlumat verib, mərhumun ədəbi yaradıcılığını bədii söz axtarışlarda formalaşıb yaranan zəngin bir irs olaraq dəyərləndirib.
Açılış məruzələrindən sonra konfrans öz işini dörd bölmədə davam etdirib. Bölmələrdə alimin həyat və yaradıcılıq yolunu, eləcə də onunla bağlı xatirələri əks etdirən 40-dək məruzə dinlənilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.