Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
31.01.2021

Akademik Muxtar Kazımoğlu-İmanov Türkiyənin Bengütürk kanalının qonağı olub

28 yanvar 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və həmin İnstitutun aparıcı elmi işçisi fil.ü.f.d.,dos.Sönməz Abbaslı Türkiyənin Bengütürk kanalında yayımlanan “Tarihe Not Düşenler” proqramının canlı efirində qonaq olublar. Qarabağ folkloru mövzusu üzərində qurulan ikisaatlıq efir müddətində Folklor İnstitutunun fəaliyyət istiqamətləri, son illərdə nəşr edilən Qarabağ və Güney Azərbaycan folkloru çoxcildlikləri, İnstitutun nəzdində fəaliyyət göstərən “Qorqud” ansamblı, eləcə də Türkiyə-Azərbaycan münasibətləri müzakirə obyekti olub. Akademik Muxtar Kazımoğlu-İmanov ilk öncə Folklor İnstitutunun yaradılması ideyasının 1994-cü ildə, o, AMEA Nizami adına Ədəbiyyat İnsti¬tutunda işləyərkən ortaya çıxdığını və həmin il folklorla bağlı ayrıca bir mərkəzin fəaliyyətə başladığını qeyd etmiş, bu mərkəzin daha sonra ─ 2003-cü ildə Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə ayrıca elmi-tədqiqat müəssisəsinə – Folklor İnstitutuna çevrildiyini diqqətə çatdırıb. Alim İnstitutun yaradılmasının başlıca məqsədinin şifahi mədəni irsi, o cümlədən xalq ədəbiyyatını öyrənmək və onun bugünkü mədəniyyətə, bugünkü düşüncəyə, o cümlədən dövlətçilik düşüncəsinə sızıb gələn xətlərini ortaya çıxartmaq olduğunu qeyd edib. Akademik vurğulayıb ki, torpaqlarımızın 20% -dən çoxu işğal olunanda ən çox itirdiyimiz qiymətli xəzinələrdən biri məhz folklorumuz olub.

M.Kazımoğlu-İmanov qeyd edib ki, işğalda olan ərazilərdən əhali didərdin düşəndə, ölkənin ayrı-ayrı bölgələrinə səpələnəndə həmin mədəniyyət ortaqlığı, folklor ortaqlığı darmadağın olmuşdu. O, Folklor İnstitutunun itirilmək təhlükəsi altında olan mədəni dəyərləri xilas etmək, milli düşüncəni bərpa etmək üçün böyük mücadiləyə başladığı, xüsusən 2012-2015-ci illər arasında işğal altındakı bölgələrimizin folklorunun toplanması və tədqiqi istiqamətində mühüm layihələr həyata keçirdiyi barədə də məlumat verib. Akademik bildirib ki, Əhməd Cəfəroğlunun Türkiyədə gördüyü işin heç olmasa bir damlasını biz görmək istədik ki, bunun sayəsində xalqa özünü yenidən tanıda bilək. Muxtar Kazımoğlu-İmanov xalqın Qarabağdakı mənəvi varlığının onu bugünkü savaşa, bugünkü mücadiləyə, bugünkü şanlı zəfərə gətirən ən vacib xətlərdən biri olduğunu vurğulayıb. Akademik 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxmasında da ən böyük qaynaqlardan birinin məhz mücadilə ədəbiyyatı olduğunu, cümhuriyyət qurucularının dediyi kimi “azadlığın süngülərlə deyil, ədəbiyyatla, mədəniyyətlə qazanıldığını” bildirib. Akademik Qarabağ savaşının Türkiyə ilə, türk xalqı ilə bərabər qazanılmış bir zəfər olduğunu da qeyd edib.
İnstitutun aparıcı elmi işçisi fil.ü.f.d.dos. Sönməz Abbaslı isə çıxışı zamanı Azərbaycanın ayrılmaz parçası olan Qarabağ folklorunun janr özəlliklərindən və mərasim ənənələrindən bəhs edib.
Proqramda “Qorqud” ansamblının ifasında musiqi nömrələri səsləndirilib, eləcə də İnstitutun müxtəlif tədbirlərindən çəkilmiş xatirə fotoları nümayiş etdirilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.