Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
14.01.2021

Folklor İnstitutunun alimləri İKSAD “Bilim Onur Ödülü”nə layiq görülüb

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD ) Türkiyə və bir çox xarici ölkələrdə (Ermənistan istisna olmaqla) böyük sosial və iqtisadi layihələr həyata keçirir. Bu elmi-mədəni təbbirlərdən biri də Türkiyədə və dünyada bir çox elm sahələrini birləşdirən Beynəlxalq konfranslardır.


İKSAD 2020-ci ildə Azərbaycanda ondan çox Beynəlxalq konfrans təşkil etmişdir. Bunlara Kitabi Dədə Qorquda, şair Bəxtiyar Vahabzadəyə və Novruz bayramına həsr olunmuş konfransları misal göstərə bilərik. Sözügedən konfrasların təşkilində və keçirilməsində AMEA Folklor İnstitutu da aktiv rol oynamışdır. Bütün bunları nəzərə alaraq göstərdikləri səmərəli fəaliyyətlərə görə İKSAD-ın “Yönetim Kurulunun” qərarına əsasən Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və İnstitutun “Dədə Qorqud” şöbəsinin müdiri , professor Ramazan Qafarlı 2021-ci ilin İKSAD “Bilim Onur Ödülü” nə (ELM MÜKAFATI-na) layiq görülmüşdür.


Mükafatları 14 yanvar İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetin əməkdaşı Əlvan Cəfərov Folklor İnstitunun binasında təqdim etmişdir. Təqdimat zamanı Türkiyənin İqtisadi İnkişafı və Sosial Araşdırmalar İnsitutunun rəhbəri Dr. Mustafa Latif Emek canlı bağlantı ilə mükafatçıları salamlamış və təbrik etmişdir. O, gələcəkdə də AMEA Folklor İnstitutu ilə Türkiyənin İqtisadi İnkişafı və Sosial Araşdırmalar İnsitutunun (İKSAD-ın) birgə əməkdaşlığının davamlı olacağına ümid bəslədiyini vurğulayıb.

Qeyd edək ki, Folklor İnstitutu və İKSAD-ın birgə əməkdaşlığı davam edir. Belə ki, Folklor İnstitutu və İKSAD-ın birgə əməkdaşlığı ilə 2021-ci ilin 18-21 mart tarixlərində füsünkar Qarabağımızda Böyük bir “Novruz konfransı” təşkil ediləcəkdir. Hazırda konfransa məqalə qəbulu davam edir.
Bundan əlavə sözügedən təşkilatlar cari ilin iyul, avqust və sentyabr aylarında “Nizami Gəncəvi 880”, “Dədə Qorqud”, “Bəxtiyar Vahabzadə” elecə də “Qarabağ Sosial və Bəşəri Elmlər konfrans”larını da təşkil etməyi planlaşdırmışdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.