Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
11.01.2021

Qarabağ savaşı və fotojurnalistikamız

Yanvarın 8-də Filologiya fakültəsi Virtual jurnalistika kafedrasının təşkilatçılığı ilə “Fotojurnalistikamız cəhbə bölgəsində” adlı onlayn tədbir keçirilib.
Tədbirdə Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Qorxmaz Mustafayev, digər kafedraların əməkdaşları, universitetin bir çox tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı sentyabrın 27-də başlanan Vətən müharibəsini şanlı Qələbə ilə sona çatdırdığına, bu sevinc və qürur hissini bizə yaşatdırdığına görə Ali Baş Komandana və müzəffər ordumuza dərin təşəkkürünü bildirib. Nərgiz Qurbanlı 44 günlük Vətən müharibəsində KİV-in üzərinə düşən çətin və şərəfli vəzifələrdən bəhs edib. Ön cəhbədə baş verən hadisələri peşəkarlıqla, layiqincə və obyektiv şəkildə dünya ictimaiyyətinə çatdıran jurnalistlərimizin rolunu xüsusi qiymətləndirib. Natiq giriş nitqində döyüş bölgələrində çəkilişlər aparan jurnalistlərin məhz peşə və vəzifə borclarını dərindən düşünərək fəaliyyət göstərdiklərini xüsusi olaraq diqqətə çatdırıb. Fotojuralistikanın özünəməxsus çətinliklərindən bəhs edən Nərgiz Qurbanlı bu sahədə fəaliyyət göstərən Əziz Kərimov və Əhməd Muxtarovun yaradıcılığını yüksək qiymətləndirib. Daha sonra Nərgiz Qurbanlı çıxış üçün sözü akademik Muxtar İmanova verib.
Akademik Muxtar İmanov keçən tədris ilində ADU-da fotojurnalistikadan dərs demiş və jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında xüsusi hörmət qazanmış Əziz Kərimovun, eləcə də hal-hazırda həmin tələbələrə fotojurnalistikanın sirlərini tədris etməkdə olan Əhməd Muxtarovun yaradıcılığına ümumi nəzər salıb. Qarabağ savaşının ağrılı-acılı həqiqətlərini foto-kompozisiya və sujetlər vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmağı Əziz Kərimov və Əhməd Muxtarovun yaradıcılıq uğurlarından biri kimi dəyərləndirib.
Sonra tədbir fotojurnalist Əziz Kərimov və Əhməd Muxtarovun təqdim etdiyi fotolarla, videoçarxlarla davam edib.
Müəllim və tələbələrin sualları ətrafında ətraflı müzakirələr aparılıb. Sonda səsi və döyüş yolu ilə dastana dönən şəhid Xudayar Yusifzadənin ifa etdiyi mahnı səsləndirilib.
Kafedra müdiri Nərgiz Qurbanlı Ali Baş Komandan İlham Əliyevin tarixə həkk olunmuş QARABAĞ AZƏRBAYCANDIR! sözü ilə tədbiri yekunlaşdırıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.