Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
27.12.2020

Folklor İnstitutundan yeni töhfə

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq AMEA Folklor İnstitutu Azərbaycan folklorunun toplanması və nəşri sahəsində fəaliyyətini yorulmadan davam etdirir. “Elm və təhsil” nəşriyyatında yenicə çapdan çıxmış “Tovuz folklor örnəkləri” kitabının ikinci cildi də bu istiqamətdə atılmış növbəti addımlardan biridir. İnstitut tərəfindən Tovuz folkloruna dair ilk toplu 2017-ci ildə nəşr olunub. Həmin kitaba rayondan toplanmış nağıl və lətifələr daxil edilib. Növbəti kitabda isə bölgədən toplanmış digər janrlar – əfsanələr, rəvayətlər, bayatılar, uşaq şeirləri, atalar sözləri, aşıq rəvayətləri, həmçinin nağıl və lətifələr yer alıb.
Kitabda peyğəmbərlər və dini şəxslər haqqında, bozalqanlı, hətəmalılar, yekallar, öysüzlü, Çoban dağı, Mutu dərə, Torpaq qala, Murğuz ocağı, Haça qaya, Soltan körpüsü kimi tayfa və yer adlarına dair maraqlı əfsanə və rəvayələr verilib. Bundan əlavə, topluda vaxtilə bölgədə yaşamış Nəsib sultan, Allahyar bəy, Kalva Əsəd, Kal, Maşa Murad, Qara Tanrıverdi, Telli Əsəd, Qaçaq Kərəm, Əyyar İsrafil, Mirəli ağa, Şıx Sədi, Seyid Əziz haqqında maraqlı rəvayətlər yer alıb. Topludakı 13 nağıldan yalnız biri – “İki qardaş” nağılı yeni süjetdir, digər nağıllar isə ənənəvi süjetlərin variantlarıdır və maraqlı söyləyici təhkiyyəsi ilə seçilirlər. “Aşıq rəvayətləri” bölməsində isə bölgədəki aşıqlardan – Əlixan Niftəliyev, İdris Abdullayev, Məhəmməd Qasımoğlu, Çovdaroğlu Məhəmməddən yazıya alınmış rəvayətlər verilmişdir. Elmi auditoriya üçün nəzərdə tutulmuş bu kitabda folklor örnəkləri bölgənin ləhçə və şivə xüsusiyyətləri gözlənilməklə çap olunub.
Layihənin rəhbəri Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovdur. Folklor örnəklərinin toplayıcıları isə Folklor İnstitutunun “Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi”nin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə və Səyyarə Qasımovadır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.