Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
04.12.2020

Elçin İsmayılın “İlk şəhid kənd” adlı kitabının onlayn təqdimatı keçirilib

Dekabrın 4-də AMEA Folklor İnstitutunun və BDU-nun Qazax filialının birgə təşkilatçılığı ilə Elçin İsmayılın “İlk şəhid kənd” adlı kitabının onlayn təqdimatı olub. COVID-19 pandemiyası ilə əlaqədar olaraq videokonfrans formatında keçirilən tədbiri giriş sözü ilə BDU-nun Qazax filialının direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmov açıb. A.Rüstəmov, ilk növbədə, tədbir iştirakçılarını Azərbaycanın müzəffər ordusunun qazandığı qələbə münasibəti ilə təbrik edib. Daha sonra ”Vətən müharibəsi” zamanı canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükütla anılıb.


Dəyirmi masa formatında keçirilən kitab təqdimatında söz AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar (Kazımoğlu) İmanova verilib. Akademik kitabda müəllifin tarixə nəzər salaraq  hələ 1918-1920-ci illərdə Bağanıs Ayrımında erməni daşnaklarının vaxtilə törətdiyi soyqırımlara, insanlığa sığmayan işgəncə üsullarına məharətlə bəhs etdiyinə diqqət çəkib. O, Elçin İsmayılın şahidlərin, arxiv sənədlərinin və fotogörüntülərin yaddaşından süzülən faktlara söykənərək Bağanıs Ayrım kəndində olan qətliamı oxuculara incə dettalaracan ustalıqla çatdırdığını vurğuladı. M.İmanov elə bu səbəbdən də kitabın bu mövzularda yazılan digər kitablardan bu cür özəllikləri ilə secildiyini bildirdi.

Akademik Muxtar İnanovun çıxışından sonra söz şair-publisist, “İlk şəhid kənd" adlı kitabın müəllifi Elçin İsmayıla verilib. Müəllif, ilk öncə, bu tədbirin ərsəyə gəlməsində başda akademik Muxtar İmanov və Arif Rüstəmov olmaqla zəhməti keçən hər bir kəsə öz minnətdarlığını bildirdi. Müəllif ilk dəfə 1999-cu ildə Bağanış Ayrım kəndinin işğalından bəhs edən “Bu, əsl faciə idi” adlı kitabından söhbət açdı. O,qələmə aldığı birinci kitabda tarixi sənədlərin, faciəni özündə əks etdirən şəkillərin köməyi, kənd sakinlərinin, şahidlərin ifadələri ilə ermənilərin törətdikləri vəhşiliklərin öz əksini tapdığını bildirdi. Mövzunun aktuallığı, Bağanıs Ayrım kəndinin hələ də işğal altında olması, qeyd edilən kitabın kiril əlifbası ilə çap edilməsi nəzərə alınaraq “Bu, əsl faciə idi” kitabı yenidən işlənilmiş və müəyyən əlavələr edilərək təzə ad altında – “İlk şəhid kənd" adı ilə latın qrafikası ilə yenidən nəşr edilib.

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çap olunmuş “İlk şəhid kənd” kitabına yeni materiallar tarixi-publisist əsər faktlar və hadisələri özündə əks etdirən fotoşəkillər əlavə edilərək daha da zənginləşdirilib. Müəllif erməni quldurlarının bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrımlı, Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı kəndlərini də işğal etdiklərinin yeni kitabda yer aldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent İlhamə Qəsəbova çıxış edərək bu tipli kitabların yetişən gənc nəsilin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını vurğulayıb.

Təqdimatda daha sonra bu qanlı hadisələrin şahidlərindən Ənvər Əsgərov və Qayıb Civişov Bağanıs Ayrım kəndində baş verən qətliyamın dəhşətlərindən ətraflı şəkildə söz açmışlar.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.