Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.11.2020

“Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Göyçay Rayon İcra Hakimiyyəti və AMEA Folkor İnstitutunun birgə təşkilatçılığı ilə bu yaxınlarda “Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. Kitabın layihə rəhbəri AMEA Folkor İnstitutunun direktoru, akademik Muxtar İmanov, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir. Kitabın ingilis dili üzrə məsul şəxsləri: filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İbrahim və filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslıdır. Konfrans materiallarının rus dilində məsul şəxsləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Çiçək Əfəndiyeva və filologiya üzrə fəlsəfə doktoru Vüsal Səfiyevadır.
Məlum olduğu kimi, 29 noyabr 2018-ci ildə Göyçay şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Göyçay Rayon İcra Hakimiyyəti və AMEA Folkor İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan narının multidis-siplinar funksiyası” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Kitab həmin Beynəlxalq Elmi Konfransın materialları əsasında tərtib edilmişdir. “Azər-baycan narının multidissiplinar funksiyası” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları kitabında bir çox maraqlı yazılar yer almışdır.
Beynəlxalq Elmi Konfransın materialları kitabı giriş sözü olaraq Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin “Birliyimizin rəmzi” məqaləsi ilə başlayır. Bundan sonra kitabda AMEA Folkor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun “Narın mifoloji semantikası”, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovun “Dənəciklər məcmusu bütövlüyün rəmzi kimi: nar-təbiət möcüzəsi”, Türkiyə Cumhuriyyətindən filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylının “Türk mədəniyyətində nar”, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin “Nar multidissiplinar kontekstdə”, professor Seyfəddin Rzasoyun “Gülarə Munisin “Nar dənəsi” hekayəsində kosmoloji arxetiplər”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilin və Akifə Xəlilovanın “Azərbaycan xalq mahnılarında nar motivi”, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Bayatılarda nar:formal və semantik təzahürlənmələr”, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin “Nar qızı” nağılının semantik araşdırması” və başqa maraqlı məqalələr yer alıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.