Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
13.11.2020

Zəfərin mübarək, Azərbaycan!

Azərbaycan dövləti mövcud olduğu uzun tarixi dövr ərzində çox zəfərlər qazanıb, çox qələbələrə imza atıb. Amma 2020-ci il noyabrın 10-da Azərbaycanın mənfur Ermənistan üzərində qazandığı qələbəsi- bu dövlətin Azərbaycan dövləti qarşında kapitulyasiyası-təslim olması və biabırçı məğlubiyyəti heç nə ilə müqayisə oluna bilməz. Bu, Azərbaycan xalqının tarixinə əbədi olaraq qızıl hərflərlə yazılan bir Qələbə, Zəfər oldu. Ona görə də Xalq Şairi Səməd Vurğunun bu məşhur misralarını indiki tarixə uyğunlaşdırıb desək, yerinə düşər:
Yazılsın tarixə bir qızıl xətlə,
20-ci ilin 10 Noyabr günü.
Tarix bir çox təkrarsız, hərbi-strateji cəhətdən əfsanə sayılacaq qələbələrə, zəfərlərə şahid olub: 300 spartalının iştirakı ilə Fermopil döyüşü, Makedoniyalı İsgəndərin həmin dövr üçün məğlubedilməz sayılan Daranın qoşunları üzərindəki Qavqamel qələbəsi, Rus sərkərdəsi Suvorovun başçılığı ilə Rus ordusunun qarlı Alp dağlarını gözlənilmədən aşaraq qələbə qazandığı döyüş, Böyük Türk sərkərdəsi Atillanın başçılığı ilə Katalaun döyüşü və s. Ancaq Azərbaycanın incisi sayılan Şuşa uğrundakı döyüş, bu cənnət məkanın erməni işğalçılarından azad edilməsi sadəcə olaraq bir əfsanə, bir fenomendir. Bu döyüşü ancaq əfsanəvi Osmanlı Sultanı II Mehmet Fatehin başçılığı ilə 1453-cü ildə Konstantinopolun (İstanbulun) fəthi ilə müqayisə etmək olar.
Rus mediyası Şusa döyüşləri və şəhərin ermənilərdən azad olunması haqqında orada gördüyü Azərbaycan əsgərinin qəhrəmanlığı və rəşadəti haqqında belə yazır: ”Belə döyüş, belə Vətən sevgisi görən olubmu, demək çətindir?! Azərbaycan əsgəri şəhidi çiynində, döyüşə-döyüşə, qan-tər içində dağı, qayaları üzüyuxarı, qalxırdı! Nə yaralısını, nə də ölmüş yoldaşını əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...”
Bəli, Azərbaycan əsgəri Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanı noyabrın 7-dən 8-nə keçən gecə belə fəth etdilər. Bundan əvvəl isə bu Şanlı Ordu 4 şəhəri-Cəbrayılı, Füzulini, Zəngilanı və Qubadlını,4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini və eləcə də çoxsaylı strateji yüksəklikləri erməni işğaldan azad etmişdi. Noyabrın 10-da isə bütün bu şanlı zəfərlərin nəticəsi olaraq, Azərbaycan layiq olduğu və haqq etdiyi Zəfər qələbəsini qazandı. Zəfərin mübarək, Azərbaycan!

Vaqif Orucov
AMEA Folklor İnstitutu,
“Türk Xalqları” şöbəsinin əməkdaşı
e-mail: [email protected]

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.