Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
09.11.2020

Akademik Muxtar İmanovun moderatorluğu ilə ADU-da ”Bayrağımız andımız, qürurumuzdur!” adlı konfrans keçirilib

9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin təşkilatçılığı və Akademik Muxtar İmanovun moderatorluğu ilə “Bayrağımız andımız, qürurumuzdur!” adlı onlayın konfras keçirilib. Konfransı giriş sözü ilə Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA Folklor İnsititutunun direktoru, akademik Muxtar İmanov açıb. O, tədbir iştirakçılarını bu şanlı bayram və 28 ildən sonra Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması münasibəti ilə təbrik edib. Akademik dövlət rəmzi sayılan bayrağımızın tarixindən söhbət açıb, M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq,bir daha enməz” şüarının mənəvi dəyərindən danışıb. Bildirib ki, 1918-ci il may ayının 28-də Azərbaycan ərazisində Demokratik Respublika (ADR) elan edilib və göy, qırmızı, yaşıl zolaqlardan ibarət ay-ulduzlu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin əsas dövlət rəmzi kimi qəbul edilib. Bu şanlı bayrağın rəngləri türk milli mədəniyyətini, müasir Avropanın demokratik əsaslarını və İslam sivilizasiyasını özündə ifadə edib.
Moderator Ali Baş Komandanın rəhbərliyilə ordumuzun Azərbaycanın ərazi bütovlüyünü tam təmin edəcəyi günün uzaqda olmadığını və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın tezliklə bütün işğal olunmuş ərazilərimizdə dalğalanacağını bildirib.


Daha sonra konfransda ADU-nun dosenti, fil.ü.f.d. Leyla Xəlilovanın “Milli Bayraq Günü”(ingilis dilində), fil.ü.f.d., dosent Şəhla Nağıyevanın “Bayrağımız qələbə rəmzimizdir”, Günel Bayramovanın “Bayraq mənliyim, bayraq kimliyim”, Aysel Əlibabanlının “9 Noyabr Azərbaycan Bayraq Günü”(fransız dilində) və filologiya fakültəsinin tələbələri olan Səbinə Əsgərovanın, Sənan Cabbarlının, Nigar Hətəmovanın və Elşən Hüseynlinin Azərbaycan, ingilis, fransız, ispan dillərində olan məruzələri dinlənilib.
Bundan başqa, fakültənin dekanı, professor Şahin Xəlilli mövzu ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb. O bildirib ki, bayraq namusumuzdur, qeyrətimizdir, bizi irəliyə səsləyən, gələcəyə aparan, Vətənimizin tarixini yaşadan atributdur. Bu atributa hörmətlə yanaşmalı, onu göz bəbəyi kimi qorumalı və onunla qürur duymalıyıq.
Akademik Muxtar İmanov məruzələri və səslənən fikirləri ümumiləşdirərək konfransı yekunlaşdırıb.


 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.