Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
05.11.2020

Qarabağ savaşı haqqın savaşıdır!

Vətən yalnız torpaq deyil, həm də şərəfdir. Millət yalnız toplum deyil, həm də namusdur. Vətənini qorumasan, şərəfsiz olarsan. Millətini qorumasan, namusunu əlindən alarlar. Sənə, ailənə, yurduna təcavüz edərlər. Buna görə də həmişə Uca Allahın tanıdığı ən böyük haqlardan öndə gələni vətən və millətdir. Ümmətçilik adı ilə bunu inkar edənlər dində deyil, dindən çıxanlardır. Vətənin və millətin azad olmasa, dinin də qalmaz. Hər gələn səni öz batil düşüncəsinə, saxta dininə tabe edər. Bu gün Qarabağ uğrunda savaş gedir. Bu savaş vətən savaşı, millət sevdası, şərəf məsələsi, namus borcudur. Bu savaşa qarşı çıxışlar etmək şərəfdən və namusdan məhrum olmaqdır.
Bu gün yüksək səviyyədə gedən II Qarabağ savaşının böyük milli həyəcanla müşaiət olunması çox böyük addımdır. Hiss olunur ki, buna nail olmaq üçün 30 il hazırlıq gedib. Bu illər bu gün insanların vətəni üçün canını fəda verməsinə hazır olmasında mühüm rol oynayıb. Təbiidir ki, bu savaşın ideoloji tərəfində Türkiyə mühüm şəkildə boy göstərib. Materialist-ateist sovet cəmiyyətindən çıxan insanlar üçün şəhid anlayışı bir o qədər də qavranılan deyil. Ancaq İslam əxlaqıyla yaşayanlar üçün aydındır. Bəzən populist şüarlarda şəhid anlayışına bu baxımdan yanlış münasibətin şahidi oluruq. Belə bir iddia irəli sürülür ki, döyüşə ölmək üçün yox, öldürmək üçün getmək vacibdir. Ancaq bunu deyənlər nəzərə almırlar ki, şəhidlik qavramında elə bu məna da öz yerini tapır. Vətən üçün şəhid olmağa hazır olan igid insanlar savaşa gedir, döyüşür, ölümdən çəkinmir və yeri gəldikdə canını fəda edir. Bəzən bir nəfərin şəhidliyi yüzlərlə insanı ölümdən xilas edir. Döyüşən əsgər döyüşdə sağ qalırsa qazi, ölürsə şəhid olur. Ancaq şəhidliyə hazır olan daha fədakar olur.
Müharibə zamanında hərbi vəziyyətin elan olunması və savaş aparılması bir neçə vacib şərti meydana çıxarır. Təbiidir ki, bu kimi ölkələrdə öncə milli birlik təmin olunmalıdır. Ancaq bu sözdə deyil, əməldə özünü göstərməlidir. Bunun üçün bütün siyasi iddialar bir kənara qoyulub müharibə aparan siyasi quruma birmənalı olaraq dəstək ifadə olunmalıdır. Eyni zamanda iqtidarda olanlar da bu vəziyyətdən siyasi rəqiblərinə qarşı istifadə etməməlidir. Hər şey cəbhə üçün, hər şey qələbə üçün, hər kəs vətən üçün olmalıdır. Bunun üçün Hakimiyyət, müxalifət, millət və dövlət birliyi qorunmalıdır.
Biz bir məsələni də qeyd etməyə bilmərik. Dünyada elə bir ölkə və xalq yoxdur ki, məğlubiyyət ilə barışıb bu şəkildə yaşasın və öz həyatını davam etdirə bilsin. Məğlub olan xalqlar belə tez-tez fasilələri pozur, savaş onun həyatının bir hissəsinə çevrilir. Bunun üçün milli məfkurə və dövlət düşüncəsi hər kəsə hakim kəsilməlidir. Təsəvvür edin ki, Fələstin 70 il, əfqanlar isə 40 ildir ki, döyüşür, ancaq ruhdan düşmür. Biz bu şəkildə ayaq üstə olmalı, həyatımızı davam etdirsək belə hər zaman savaş vəziyyətinə hazır olmalıyıq. Məğlubiyyət havasına min bir bəhanə uydurub bu şəkildə yaşamaq dövrü artıq bitmişdir.
Qarabağ savaşının mühüm bir tərəfini də unutmaq olmaz. Bu savaş haqlı savaşdır. Haqlı savaşlar Haqqın savaşıdır. Haqqın savaşında müzəffər olan Uca Allahdır. Bu savaşda məğlubiyyət yoxdur, qalibiyyət vardır. Sağ qalan qazi, canını fəda edən şəhiddir. Şəhidlər də diridir. Qarşı tərəf isə Haqqa qarşı çıxan tərəfdir, şeytan törəmələridir, kafir nəsildir, dirilərə qarşı ölüdür. Bu baxımdan millətimiz bu savaşda böyük ruh yüksəkliyi ilə İnşəllah böyük sonuclara nail olacaqdır!

Atif İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.