Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
27.10.2020

“SMOMPK: Azərbaycan folkloru materialları” toplusunun üçüncü cildi çapdan çıxıb

AMEA Folklor İnstitutu “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından növbəti kitabı – “SMOMPK: Azərbaycan folkloru materialları” toplusunun üçüncü cildini çapa hazırlayıb. Kitabda toplanmış mətnləri 1881-1929-cu illər arasında çap olunmuş “Сборник материалов для описания местностей и племен Кавказа” (SMOMPK) məcmuəsindən İnstitutun Klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov dilimizə tərcümə etmişdir. Kitabın tərtibçiləri filologiya üzrə fəlsəfə doktorları Rza Xəlilov, Afaq Xürrəmqızı və Aynur Hüseynovadır.
Xatırladaq ki, “SMOMPK: Azərbaycan folkloru materialları” toplusunun birinci və ikinci cildləri 2018-ci ildə nəşr edilib. Cildlər xronoloji prinsip əsasında tərtib edilib.
Qafqaz çar Rusiyası tərəfindən imperiyanın tərkibinə qatıldıqdan sonra bölgənin inzibati və mədəni mərkəzinə çevrilmiş Tiflis şəhərində fəaliyyət göstərən çar general-qubernatorluğu zəbt olunmuş yeni torpaqları və burada yaşayan xalqları yaxından tanımaq və onları daha uğurla idarə etmək məqsədilə elmi və kulturoloji istiqamətlərdə müxtəlif layihələr həyata keçirmişdi. Bu istiqamətdə fəaliyyətin bir təzahürü kimi XIX əsrin ortalarından Azərbaycan qeyri-maddi mədəni irs nümunələri, folklor ornəkləri ilk dəfə olaraq müxtəlif qəzet və jurnallarda rus dilində nəşr edilməyə başlamışdı.
Azərbaycan şifahi xalq ədəbiyyatının əfsanə, rəvayət, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, nağıllar və s. janrlarına aid çoxsaylı örnəklərə SMOMPK toplusunun bir çox buraxılışlarında rast gəlmək mümkündür. Bundan əlavə, toplunun bəzi buraxılışlarında Azərbaycanın müxtəlif bölgələrində yaşayan udinlər, talışlar, ingiloylar, avarlar, saxurlar kimi azsaylı xalqların folklorundan müxtəlif örnəklər də dərc edilib.
Milli kimliyi təsdiqləyən amillərdən birinin məhz şifahi xalq ədəbiyyatı olduğunu dərindən dərk edən ayrı-ayrı ziyalılarımız bu örnəklərin unudulmaması, itib-batmaması, qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi üçün əllərindən gələni əsirgəməmişlər. Həmin ziyalılara misal olaraq Firudin bəy Köçərlini, Mahmud bəy Mahmudbəyovu, Rəşid bəy Əfəndiyevi, Sultan Məcid Qənizadəni və başqalarını göstərə bilərik. Onlar həm də milli folklor nümunələrimizin adları bizə məlum olan ilk toplayıcıları kimi tarixə düşüblər.
SMOMPK toplusunda əsas və ən vacib məqamlardan biri də “erməni folkloru” kimi təqdim edilən Azərbaycan şifahi xalq ədəbiyyatı materiallarının (bunların bir qismi hətta Azərbaycan dilindədir) həddən artıq çox olmasıdır. Belə faktların aşkarlanması erməni plagiatçılığının uzun bir tarixə malik olduğunu əyani şəkildə sübut edir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.